Yoluxma sayı yenidən artır: Toylar qadağan edilə bilərmi?

0
13
“Gürcüstan və digər qonşu ölkələrdə koronavirusa yoluxanların sayı artır. Nəzarət çətinləşdiyi üçün bu ölkələr artıq müəyyən qapanmalara gedirlər. Azərbaycanda da virusa yoluxma sayında son günlər artım müşahidə olunur. Lakin təhlükəli səviyyədə deyil”.
 
Medonline.az xəbər verir ki, bu sözləri həkim Vasif İsmayıl ötən gün yoluxma sayının 199-a qalxması və delta ştammının Azərbaycanda da aşkarlanması səbəbindən yaranmış yeni şəraitdə atıla biləcək addımlardan danışarkən deyib.
 
“Azərbaycanda peyvənd olunmuş insanlar qonşu ölkələrlə müqayisədə daha çoxdur. Bu səbəbdən pandemiya nəzarət altındadır. Yoluxma sayı bu dərəcədə yavaş artarsa, Azərbaycanda qapanlamalara gediləcəyini düşünmürəm. Lakin sürətli artım olarsa, yalnız müəyyən sahələrdə qadağalar ola bilər. Toylarla bağlı yenidən müəyyən məhdudiyyət tətbiq edilə bilər. Bunun xaricində ciddi qapanmalara gediləcəyini hesab etmirəm. Epidemiyanın qarşısını almaq və səngiməsi üçün daha çox insan peyvənd olunmalıdır”, – həkim qeyd edib.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code