Qanunsuzluqlara etiraz əlaməti olaraq Əkrəm Bəydəmirli Azərbaycan Televiziyasını məhkəməyə verib

0
237

 

Tanınmış araşdırmaçı jurnalist, QHT təmsilçisi, fact-info.az saytının baş redaktoru  Əkrəm Bəydəmirli

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətini (AzTV) məhkəməyə verib. Xatırladırıq ki, Əkrəm müəllim uzun illər AzTV-nin Radiosunda redaktor vəzifəsində çalışıb. Həm Azərbaycan Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədri Arif Alışanovun, həm də indiki sədr Rövşən Məmmədovun dövründə çox ədalətsiz, haqsız münasibətlə üzləşən Əkrəm Bəydəmirli  Prezident İlham Əliyev və Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya  məktub vasitəsilə dəfələrlə müraciət edib. Həmin məktublar təəssüf  ki,  Prezidentə  və Birinci vitse-prezidentə çatdırlmayıb.

  Prezident Administrasiyasıda bəzi qüvvələır  vaxtilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədri Arif Alışanovu necə müdafiə edirdilərsə, indi də AZTV-nin sədri Rövşən Məmmədovu elə müdafiə edirlər.  Bu isə Rövşən  Məmmədovun qərəzli, ədalətsiz münasibətinə stimul verib.

Bütün bu ədalətsizliklərə  son qoymaq məqsədilə  Əkrəm Bəydəmirli Səbail rayon Məhkəməsinə  iddia ərizəsi ilə müraciət edib. İyul ayının 22-də  Səbail rayon Məhkəməsinin hakimi Mədinə Bağırovanın  sədrliyi ilə keçiriləcək prosesdə bu işə baxılacaq. Media nümayəndələrini,  QHT təmsilçilərini bu vicdansız münasibətə son qoyulmasına, ədalətə  və Əkrəm müəllimə  dəstək olmağa çağırırıq.

                         Şamil Sabiroğlu(Ələkbərli),

medonline. az və sabiroghlu.com saytlarının baş redaktoru, “Tərəqqi”medalının və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalının mükafatçısı,   müharibə veteranı

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code