Deltanın müalicəsi necə aparılacaq, yoluxmamaq üçün nə etməli? – İnfeksionist Natiq Əliyev

0
13
Delta ştammının Azərbaycanda rəsmi təsdiqindən sonra artıq koronavirus üzrə müalicə müəssisələri, əvvəlki dönəmdə xəstələrlə çalışan həkimlər hazırlıqlı vəziyyətdədir.
 
Bəs görəsən, Deltanın müalicəsi necə aparılacaq? Xəstələr əvvəlki qaydada müalicə ediləcəklər?
 
Medonline.az infeksionist həkim Natiq Əliyevdən bu barədə açıqlama alıb.
 
Həkim bildirib ki, əvvəli dalğalara nisbətən hazırda həm həkimlər, həm xəstəxanalar Deltaya qarşı tam səfərbər olub, hazır vəziyyətdədir. Bunun üçün potensialımız güclüdür.
 
Dünya Səhiyyə Təşkilatı tərəfindən müalicə protokollarına yeniliklər edilməyib. Delta ilə bağlı araşdırmalar aparılır.
Onun müalicəyə necə tabe olacağı dəqiqləşdirilir. Biz ən son protokollar üzrə müalicə edəcəyik. Hələ ki, antiviral preparat olaraq Favirapvir təyin edilə bilər.
 
Delta ştammının yoluxduruculuğu 3-4 dəfə daha yüksəkdir. Ona görə yoluxma rəqəmləri kritik həddə çatarsa yenə də karantin tədbirlərinin sərtləşdirilməsi, kütləvi yerlərin bağlanması gözlənilir. İnsanlar indidən fərdi təcrid və müdafiə qaydalarını gözləsinlər. Şəxsi gigiyenik qaydaları artırsınlar.
 
 
Düzgün qidalanma, yuxu və bol maye qəbulu yaşam şərtlərində birinci yerdə durmalıdır”.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code