Sorğu: Deputatlar yay tətilini harada keçirəcəklər?-Maraqlı cavablar

0
22
Milli Məclisin növbədənkənar sessiyası artıq başa çatıb. Parlament üzvləri iyulun 15-dən avqustun 30-dək tətildə olacaqlar. 
Məzuniyyət üçün bölgələri seçənlər də var, xarici ölkələrə üz tutmaq istəyənlər də. Maraqlıdır, Milli Məclisin deputatları yay tətilini harada və necə keçirməyi planlayırlar?


Medonline.az xəbər verir ki, sherg.az bu suallara cavab almaq məqsədilə parlamentin bir sıra üzvlərinə müraciət edib.

Deputat Fazil Mustafa tətil üçün xarici ölkələrə üz tutmayacaq:
 
“Kitab çalışmaları üzərində işləyirəm. Çalışıram ki, tətil müddətini boş keçirməyim. Sadəcə ola bilsin ki, bölgələrimizdən birinə 2-3 günlük gedərəm. Ancaq uzunmüddətli tətil planlamıram”.
Millət vəkili Ceyhun Məmmədov bildirib ki, rəsmi olaraq tətil başlasa da, hələ ki işlər çox olduğu üçün işləyirlər:
 
“Tədbirlərdə iştirak edir, görüşlər keçiririk. Hələ ki tətil barədə tam düşünmək imkanım olmayıb. Bəzi yarımçıq yazılar, kitablar var. Ola bilsin bir həftə Azərbaycanın bölgələrindən birində istirahət edək”.
Parlamentin digər üzvü Asim Mollazadə də tətili ölkəmizdə keçirməyi düşünür:
 
“Heç bir xarici ölkəyə getməyi planlamıram. Çünki işlər davam etməlidir”
Deputat Elman Məmmədov hər zaman olduğu kimi bu il də yay tətilini Azərbaycanda keçirəcəyini söyləyib:
 
“Lakin əvvəlki tətillərdən fərqli olaraq, bu il imkan daxilində və icazə ilə işğaldan azad olunmuş ərazilərimizə getmək istəyərdim. Şuşa, Laçın, Kəlbəcər və digər torpaqlarımızı ziyarət etmək planlarım arasındadır. Tətilimi adi qaydada, əhalimizin kompakt məskunlaşdığı yerlərdə, xüsusilə Goranboy rayonu ərazisində və Bakı şəhərində keçirəcəm”.
Millət vəkili Cavid Osmanov məzuniyyət müddətini doğulub boya-başa çatdığı Ağdaş rayonunda keçirəcəyini deyib:
 
“Əsasən ölkə daxilində və Bakı şəhərində olacam. Əslində işlərin çoxluğundan məzuniyyət haqqında çox fikirləşmirik. Bu baxımdan deputat fəaliyyətimizi tətil müddətində də davam etdirəcəyik. Həmçinin çalışacam ki, istirahətə də bir az vaxt ayırım”.
Deputat Azər Badamov yay tətilimi doğulduğu və seçildiyi Qusar rayonunda keçirəcək:
 
“Tətil vaxtı seçicilərimlə bir arada olacağam və müəyyən görüşlərin keçirilməsinə də kifayət qədər vaxtım olacaq. Pandemiya davam etdiyindən başqa yerlərə səyahət etməyi planlaşdırmıram. Qusarın gözəl təbiəti var. Yay tətilini harda keçirməyi planlaşdıranlara da Qusarı tövsiyyə edirəm”.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code