Şəhid Məhəmməd Şəbiyev – Unutmarıq, unutdurmarıq!

0
32

Şəhid Məhəmməd Şəbiyev 1998-ci il avqust ayının 6-da Bakı şəhərində anadan olub. 2013-2016-cı illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2016-2020-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

Hərbi xidməti

Məhəmməd Şəbiyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında “leytenant” hərbi rütbəsində Tağım Komandiri olaraq xidmət edirdi.

Azərbaycan Ordusunun leytenantı olan Məhəmməd Şəbiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məhəmməd Şəbiyev oktyabrın 4-də Suqovuşan döyüşləri zamanı şəhid olub. II Fəxi Xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Şəbiyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Könül Həsənli, 

Ceyhunə Hüseynova

Medonline.az

13.07.2021

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code