Şəhid Kamil Məmmədov – Unutmarıq, unutdurmarıq!

0
41

 

Həyatı

Kamil Məmmədov 4 fevral ayının 1942-ci ildə Quba şəhərinin Müxtədir küçəsindəki 45 nömrəli evdə doğulmuşdur. 1 nömrəli şəhər orta məktəbini bitirmişdir. 1959-cu ildə Qubadakı kənd təsərrüfatı texnikumuna daxil olmuş, tərəvəzçi ixtisası üzrə texnikumu bitirmişdir.

12 noyabr 1963-cü ildə hərbi xidmətə çağırılmış, üç il Brest şəhərindəki artileriya alayında xidmət etmişdir. Üçillik Tambov şəhərindəki hərbi artileriya məktəbini 1967-ci ildə leytenant rütbəsi ilə bitirmişdir. Hərbi məktəbi əla qiymətlərə bitirdiyinə görə Almaniya Demokratik Respublikasına göndərilmişdir.

1973-cü ilə kimi orada xidmət etmişdir. 1973-cü ildə baş leytenant rütbəsində baş qərargahın arxa cəbhə və Nəqliyyat Akademiyasına imtahan verib qəbul olunmuşdur. 1976-cı ildə akademiyanı mayor rütbəsində bitirmiş, Ukraynaya diviziya komandirinin müavini vəzifəsinə göndərilmişdir.

Kamil Məmmədova 1979-cu ildə podpolkovnik rütbəsi verilmişdir.

1982-1983-cü ildə Orta Asiyada korpus komandirinin müavini işləmiş, 1983-cü il oktyabrın 19-da Əfqanıstana korpus komandirinin məsləhətçisi göndərilmişdir. İki il iki ay dörd gün Əfqanıstanda xidmət etmişdir. 1986-ci ilin yanvarında xidmət yeri Leninqrada dəyişdirilmişdir. Leninqrad hərbi dairəsində ordu komandanının müavini təyin edilmişdir. SSRİ Nazirlər Sovetinin 1989-cu il bir noyabr tarixli qərarı ilə general-mayor rütbəsi ilə təltif olunmuşdur.

Baş Qərargah Akademiyasında çalışmışdır.

Mükafatları

🎖️Üçüncü dərəcəli ️”SSRİ-də Vətənə xidmətə görə” kavaler
🎖️”Əfqanıstanda İgidliyə görə” ordeni
Allah rəhmət eləsin.

Könül Həsənli, 

Ceyhunə Hüseynova

Medonline.az

13.07.2021

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code