Şəhid Nəsirov Elmir Zülfü oğlu – Unutmarıq, unutdurmarıq!

0
28

Həyatı…

Şəhid Nəsirov Elmir Zülfü oğlu iyul ayının 13-ü 1991-ci ildə Füzuli rayonunun Əhmədbəyli kəndində anadan olmuşdur. 1997-ci ildə orta məktəbə başlamışdır. 2008-ci ildə orta məktəbi bitirmiş və 2009-cu ildə hərbi xidmətə çağırılmışdır.  2011- ci ildə  Naxçıvan Muxtar Respublikasında hərbi xidmətini müvəffəqiyyətlə başa vurmuşdur.

Ailəli idi.  Elmirin vətənə əmanət qoyub getdiyi Aydan və Nur adlı iki qız övladı var. 

Döyüş yolu…

2014-cü ildə Elmir Füzuli rayonunda tank taborunda Tuşlayıcı Operator kimi xidmətə başlamışdır. 2016-ci ildə Aprel döyüşlərində güclü döyüş taktikası yeridərək, düşmənin 3 zirehli tankını və xeyli sayda canlı qüvvəsini məhv etmişdir. Döyüşdən sonra göstərdiyi şücaətə görə Fəxri Fərmanla təltif edilmişdir. 2018-ci ildə hərbi taktiki təlimdə Tuşlayıcı Operator kimi 1-ci yerə layiq görülmüşdür. 

27 sentyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan  II Vətən Müharibəsində iştirak etmiş və  ilk on cəbhənin yarılmasında fəal iştirak etmişdir. Döyüşün ilk saatlarında Elmirin tankı düşmən tərəfindən vurulmuşdur. Lakin buna baxmayaraq Elmir öz tankından düşərək, bölük komandirinin tankında döyüşə davam etmişdir. Füzuli rayonunun Qorqan istiqamətinə qədər düşmənin xeyli sayda canlı qüvvəsini və zirehli texnikasını yararsız hala salmışdır. Həmin döyüş zamanı, yəni Qorqan kəndi uğrunda gedən  döyüşdə Elmir Nəsirov şəhidlik zirvəsinə ucalmışdır.  Şəhidin nəşi bir ay bir gündən sonra götürülmüşdür.

Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Nəsirov ölümündən sonra “Vətən uğrunda” medalı ilə və Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Prezident İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.

Təltifləri

 “Vətən uğrunda” medalı (ölümündən sonra)

  “Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra)

 

Allah rəhmət eləsin.

Könül Həsənli

Medonline.az

 

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code