Bakıda polis rəisi xidməti silahla özünü öldürdü – Bu generalın qardaşıdır

0
26

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev bu gün səhər saatlarında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib.

Medonline.az xəbər verir ki, bu barədə HİT.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılr.

Qeyd edək ki, R.Mirzəyev 2019-cu ildə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi təyin edilib. O, DİN Daxili Təhqiqatlar İdarəsinin sabiq rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.

Fotoda: Sahib Mirzəyev

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code