Şəhid Samiq Fərzaliyev – Unutmarıq, unutdurmarıq!

0
87

Samiq Fərzaliyev 1992-ci il iyul ayının 8-də Tovuz rayonunun Güvəndik kəndində anadan olub.
1998-2008-ci illərdə Güvəndik və Papaqçılar kənd tam orta məktəblərində, 2008-2012-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıb. Ailəli idi.

Samiq Fərzaliyev 2013-cü ildə müddətli kəqiqi hərbi xidmətə çağırılıb. 2013-2014-cü illərdə Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində xidmət edib. Samiq Fərzaliyev 2016-cı ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə könüllü müraciət edib və ordu sıralarında xidmət göstərmək arzusunu bildirib. O, Müdafiə Nazirliyi tərəfindən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə kursa göndərilib və “leytenant” hərbi rütbəsi alaraq “N” saylı hərbi hissədə xidmətə başlayıb. Samiq Fərzaliyev 2020-ci ilin iyul ayında “Baş Leytenant” hərbi rütbəsi alıb. Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Samiq Fərzaliyev 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Samiq Fərzaliyev oktyabr ayının 7-də Füzuli döyüşləri zamanı iki əsgərinin nəşini döyüş bölgəsindən çıxarmaq istəyərkən snayper gülləsinə tuş gələrək şəhid olub.Tovuz rayonunun Güvəndik kəndində dəfn olunub.

Allah rəhmət eləsin.

Könül Həsənli

medonline.az

08.07.2021

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code