Estoniyalı diplomat “arzuolunmaz şəxs” ELAN EDİLDİ – Rusiyada

0
9

Estoniyanın Sankt-Peterburq şəhərindəki konsulu Mart Lyatte 48 saat ərzində Rusiyanı tərk etməlidir.

Medonline.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova bildirib.

“Estoniyanın Sankt-Peterburq şəhərindəki konsulu Mart Lyattenin diplomatik statusuna uyğun olmayaraq kəşfiyyat xarakterli məlumatlar toplaması ilə əlaqədar olaraq Rusiya tərəfi öz qəti etirazını bildirib. O, Rusiya vətəndaşından məxfi materiallar alarkən iş başında saxlanılıb. Bununla əlaqədar olaraq Mart Lyatte “persona non grata” (“arzuolunmaz şəxs”) elan olunub”, – deyə XİN rəsmisi qeyd edib.

Estoniya XİN isə öz növbəsində, ölkəsinin diplomatının saxlanılmasını təxribat olaraq qiymətləndirdiyini açıqlayıb.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code