​MTRŞ-dan yeni telekanalla bağlı AÇIQLAMA

0
18

İyulun 7-də ixtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci TV kanalı, HD yayım üçün 34-cü TV yayım kanalı) 07 iyun 2021-ci il tarixdən 07 iyul 2021-ci il tarixədək Milli Televiziya və Radio Şurasının elan etdiyi müsabiqə üçün sənəd qəbulu başa çatıb.

Bu barədə Medonline.az-a MTRŞ-dan məlumat verilib.

Müsabiqə çərçivəsində 6 iddiaçı Şuraya sənədlərini təqdim edib:

“APA Mark” MMC;
“Təhsil TV” MMC;
“Balans Studiyası” MMC;
“İNS ÇM” MMC;
“İsti Press” MMC
“Medical Media” MMC

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunun 19.1-ci maddəsinə əsasən, Milli Televiziya və Radio Şurası müsabiqəyə sənəd qəbulunun başa çatmasından sonrakı 30 gün ərzində iddiaçıların sənədlərini araşdırıb müsabiqənin nəticələri barədə qərar qəbul etməlidir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code