Beyində oksigen aclığı və qan çatışmazlığının əlamətləri – Başda sıxılma, görmədə bulanıqlıq, psixoz

0
9
Baş beyin – bədəndə ən çox hava, oksigen, qandan ən çox qidalı maddələri tələb edən orqandır. Ona görə o, daha çox oksigen aclığına həssasdır və bunu zamanla biruzə verir. Sinir hüceyrələri oksigen aclığına-hipoksiyaya çox həssasdır.
 
Medonline.az xəbər verir ki, beyində, başda oksigen catışmazlığını göstərən əlamətlər bunlardır. Baxdıqda, bəlkə də çoxunuzda var:
 
-Başgicəllənmə – oksigen çatışmazlığının birinci əlamətidir, vestibulyar aparat pozulur, səndirləmə, qulaqlarda uyultu, küy olur
 
 
-Baş ağrıları, spazmlar
 
-Ürəkbulanma, qusma
 
-Halsızlıq, zəiflik
 
-Əsəbi oyanlıqlıq, psixoz
 
-Bənizin, əllərin ağarması
 
 
-Gözlərdə qaranlıq, sayrışma
 
-Ürək döyünmə, nəbzin artması
 
-Uzunmüddətli hipoksiyada huşun itməsi, bayılma və koma
 
-Xroniki hipoksiyada vegetativ pozuntular, başda sanki pulsasiya, döyünmə, istilik, gözlərdə qaralma, görmədə zəiflik, boyunda istilik, ürək nahiyədə ağrı, təngnəfəslik müntəzəm hiss olunur.
 
Beyin oksigensiz cəmi 5-7 dəqiqə dözə bilər. Ondan sonra bioloji ölüm baş verir.
 
Əgər beyin oksigenlə təchiz olunmursa və bundan sinir sistemi, sinir hüceyrələri zərər görübsə, o zaman insult sonrası depressiya, yaddaşın itməsi, qıcıqlanma, oyanıqlıq, apatiya baş verir
 
Beynin oksigenlə təchizatının azalmasının səbəbləri:
 
-Xroniki xəstəliklər
 
-Uzun müddətli ağır iş
 
-Ümumi qan dövranında pozulmalar, damarların tutulması
 
-Ağciyər xəstəlikləri
 
-Anemiya
 
-Ürək-damar xəstəlikləri
 
-VSD, nevroz
 
-Diabet, zob, hipertireoz
 
Peşə və iş yeri ilə bağlı
 
Çox hipoksiyalar insanlarda iş yeri ilə bağlı olur. Hündürlükdə çalışanlar, şaxta, metro, quyu, sualtı, qapalı yerlərdə çalışanlar, otaqlarda normal havalandırıcı olmayan yerlərdə çalışanlar, zərərləli maddələr udanlarda daha çox rast gəlinir
 
Müayinə
 
Hipoksiyanı nevroloq təyin edir. Müayinə üçün qan analizi, MRT, EXQ və digər müayinələr təyin olunur.
 
Müalicəsi
 
Kompleks olmalıdır. Səbəb, hipoksiyanın kökü, növü, hardan qaynaqlandığına uyğun seçilir. Beyin hüceyrələrini normal qan, oksigenlər təmin etmək üçün hiperaritik oksigenasiya aparılır.
 
Eləcə də qan köçürmə, qanın oksigenlə təchizarı, oksigenterapiya, plazmafarez, stereod hormonların təyini, qan dövranı normallaşdıran preparatlar təyin olunur.
 
Profilaktika məqsədilə insan beyin oksigen aclığının xronikliyə keçməsinin qarşısını almaq lazımdır. Aktiv idman, açıq havada 1-2 saat gəzməz, təmiz hava,düzgün qidalanma, işlədiyiniz yerin və yatdığınız otağın havalandırılması, masaj, müxtəlif tənəffüs gimnastikaları, hərəkətləri olunmalıdır.
 
Zərərli peşədə çalışanlar hər 2 saatdan bir təmiz hava almağa çalışmalıdır.
 
 
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code