​Milyonlar ayrılan diaspor təşkilatları: Korrupsiyalaşmış sistem…

0
25

Azərbaycanda ən passiv fəaliyyət göstərən qurumlardan biri Diasporlarla İş üzrə Dövlət Komitəsidir.

Müharibədən çıxmış bir ölkə üçün Diasporun olduqca vacib olmasına baxmayaraq, bu əhəmiyyətli sahədə acınacaqlı durum hökm sürür.

Diaspor təşkilatlarının mütləq əksəriyyətinin fəaliyyəti bundan ibarətdir ki, faktiki olaraq Azərbaycan dövlətinin büdcə vəsaitləri hesabına fəaliyyət göstəirlər. Əgər buna fəaliyyət demək mümkündürsə. Çünki onların fəaliyyəti bu günə qədər hansısa Avropa şəhərində, yaxud Bakıda toplaşıb iclas keçirməklə çərçivələnib və çox təəssüf hissi ilə qeyd etməliyik ki, Bakının pullarını yeyən diaspor təşkilatlarımız barmaqlarını yumub deyə bilməzlər ki, onlar filan ölkədə Azərbaycanın maraqlarını qoruya və bu maraqların lobbiçiliyini edə biliblər. Əgər bir lobbiçilik olubsa belə, əhəmiyyətsiz və nəticəsiz olub. Sadəcə, Azərbaycan xalqının pulları xərclənib və hansısa əhəmiyyətsiz tədbir Azərbaycan mətbuatında işıqlandırılıb.

Acınacaqlı durum odur ki, bu günə qədər Azərbaycan dövləti xaricdə formalaşdırılan diaspor təşkilatlarından yararlana bilməyib. Amma bunun əksinə olaraq, diaspor təşkilatlarının rəhbərləri, onlara yaxın olan şəxslər Azərbaycandan və dövlətin imkanlarından maksimum faydalanırlar və diaspor təşkilatları yaratdıqda əsas məqsəd də elə bundan ibarət olur.

Bu sahəyə külli miqdarda vəsait ayrılmasına baxmayaraq, hələ də Azərbaycanın adına ölkə xaricində yetərli qədər işlər görülmür. Azərbaycan diasporunun ən böyük və təməl problemlərindən biri xaricdə fəaliyyət göstərən diaspor təşkilatların ələbaxımlılığıdır. Yəni xaricdəki diaspor təşkilatlara görə onlar Azərbaycan dövlətinin maraqları üçün deyil, Azərbaycan dövləti onların maraqları üçün çalışmalıdır.

Uzun illər bu sahəyə rəhbərlik edən Nazim İbrahimov bu korrupsiyalaşmış sistemin memarı hesab olunur. Amma onun vəzifədən kənarlaşdırılması ilə bu mühüm sahədə irəliləyişlərin olacağına ümidlər yaranmışdı. Dövlət maraqlarının bilavasitə qorunduğu bu sahəyə rəhbər təyin olunan F. Muradovdan gözlənilən o idi ki, o, bu sistemi dağıdacaq və doğrudan vətənpərvər insanlardan ibarət, malı ilə, canı ilə Azərbaycanın maraqlarını xaricdə qoruyacaq diaspor təşkilatlar formalaşdırmaq üçün qollarını çırmalayacaq. Lakin aradan keçən müddətdə Fuad Muradovun fəaliyyətinə baxılarsa, bu fəaliyyət demək olar ki, Nazim İbrahimovun fəaliyyətindən fərqlənmir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code