Süni narkotik istehsalçılarını ölkədə kimlərsə himayə edir – Tanınmış həkim

0
16

“Son vaxtlar mütəxəssislər həyəcan təbili çalır, ölkədə “patı”, “şüşə”, “metamfetamin” kimi süni  narkotik istifadəçilərin sayı durmadan artır. Ən pisi odur ki, yeniyetmələr də bu şəbəkəyə cəlb olunur”.

Medonline.az xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev deyib. Həkim hüquq mühafizə orqanlarını təcili tədbir görməyə səsləyib:

“Patı”nın məktəblərdə istifadəsi başlanılsa durumu təsəvvür edə bilirsiniz? Belə fikir var ki, süni narkotik ölkənin daxilində istehsal olunur. Düşünürəm ki, hüquq mühafizə orqanları üçün bu istehsal şəbəkəsini aşkar etmək çətin olmamalıdır. Bu günə qarşısı alınmayıbsa, deməli, kimlərsə himayə edir bu “ölüm istehsalçıları”nı. Biz cəmiyyət olaraq balalarımızı qorumaq üçün ayıq-sayıq olmalıyıq, şübhə yaranarsa, dərhal müvafiq qurumları məlumatlandırmalıyıq”.

Vaqif Qarayev hesab edir ki, narkomana kriminal ünsür kimi yox, xəstə kimi yanaşılmalıdır:

“Onların doğmalarına dəstək olub bu bəladan xilas olunmasına çalışmalıyıq. Bütövlükdə, vəziyyət pisdir, uşaqlarımızı necə qoruyaq?”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code