DOĞUM GÜNÜN MÜBARƏK CƏNAB MAYOR! UNUTMARIQ, UNUTDURMARIQ!

0
40

Həyatı

İqbal Bayramov 1977-ci il iyul ayının 4-də Lənkəran şəhərinin Hirkan qəsəbəsində anadan olub.  1984-1994-cü illərdə Hirkan qəsəbəsində A. Quliyev adına tam orta məktəbdə təhsil alıb. 1994-1998-ci illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) “Energetika” ixtisası üzrə ali təhsil alıb. Kafedra hərbi olduğu üçün 1998-ci ildə “leytenant” hərbi rütbəsi alıb.

Hərbi Xidnəti

İqbal Bayramov 1998-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. 2004-2005-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində “baş leytenant” hərbi rütbəsində Tağım Komandiri olaraq xidmət edib. 2005-ci ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Qala qəsəbəsində yerləşən TTM-də təlim alıb. 2005-2008-ci illərdə bir sıra xarici dövlətlərdə də təlimlərə qatılıb.
2008-ci ildən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsinə xidmətini davam edib. 2011-ci ildə “mayor” hərbi rütbəsi alıb və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsində Qərargah rəisinin xidmət üzrə müavini vəzifəsində xidmət edib. Daha sonra isə 7 il ərzində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Qəbələ rayonunda və Şirvan şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.
2018-ci il yanvarın 5-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarından ehtiyata buraxılması barədə müraciət edən İqbal Bayramov, yanvarın 14-də “mayor” hərbi rütbəsi ilə ehtiyyat buraxıldı.
Azərbaycan Ordusunun mayoru olan İqbal Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İqbal Bayramov oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Lənkəran şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İqbal Bayramov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Təltifləri

🎖 — “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı

🎖 — “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı

🎖(26.06.2013) — “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı

🎖 (26.06.2018) — “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı

🎖 (15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)

Ruhun şad olsun Vətən oğlu.

Şəhidlərimizi unutmayaq!

Könül Həsənli

Medonline.az

04.07.2021

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code