Azərbaycan Respublikası medonline.az və sabiroghlu.com saytlarının layihəsi: Tanıyaq və tanıdaq! Gündüz Müsayev ləyaqətli Azərbaycan oğullarındandır!

0
110

Musayev Gündüz Tofiq oğlu 1965-ci il mart ayının 12-də Ucar şǝhǝrindǝ ziyalı ailǝsindǝ anadan olub. 1984-1986-ci illǝrdǝ keçmiş Sovet Ordusu sıralarında həqiqi hǝrbi xidmǝtdǝ olub.  Gündüz müǝllim 1990-cı ildǝ Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti o zaman belə adlanırdı)  Geologiya ixtisası üzrǝ ǝyani tǝhsilini bitirib, uşaq yaşlarında ikən Fortepiano üzrǝ musiqi tǝhsili alıb. Gündüz müəllim tǝlǝbǝlik illərində geniş vüsət alan Azərbaycan xalq hǝrakatının fəallarından olub. G.Musayev, əqidə yoldaşları ilə birgə Bakı Dövlət Universitetinin qarşısından ilk dǝfǝ Azǝrbaycan bayraqlarını qaldıraraq tǝlǝbǝ hǝrǝkatını vǝ sonradan xalq hǝrakatına çevrilmiş hǝrǝkatı başladan insanlar sırasında yer alıb. 1993-cü ildǝn RF Moskva vilayǝti Serpuxov şǝhǝrindǝ yaşayır. Gündüz müǝllim biznes sahǝsindǝ çalışır. Hazırda Аqromir MMC-dəki müəssisələrdən birinin  baş direktorudur. Serpuxov şǝhǝr dairǝsi Azǝrbaycanlıların Yerli Milli Mǝdǝni ictimai birliyinin sǝdridir. Hǝmçinin, ictimai fǝaldır. 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən II Vǝtǝn savaşı zamanı whatsapp sosial şǝbǝkǝsindǝ qrup yaradaraq “Milli Orduya vǝ Dövlǝtǝ Dǝstǝk” adıyla hǝqiqǝtlǝri hǝmvǝtǝnlǝrimizǝ çatdırmış,  yaralılara vǝ şəhid ailǝlǝrinǝ yardımlar göstǝrmişdir. Gündüz müəllim, Rusiya mǝkanında ilk dǝfə qeydiyyatdan keçmiş ictimai birliklǝri bir araya yığıb whatsapp qrupu yaradaraq fǝaliyyǝtǝ başlayıb, ǝlaqǝlǝr yaradıb. Ana Vǝtǝnimizǝ qarşı və Prezidentǝ qarşı ǝks təbliğat aparan qruplara ciddi müqavimǝt göstǝrib. Whatsappda “Rusiyadan Prezidentə dəstək!” qrupunu yaradıb və aktiv şəkildə fəaliyyət göstərir.

G.Musayev, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə baş vermiş  Xocalı soyqırımının dünyada tanınması üçün ǝlindǝn gǝlǝni əsirgəmir. Gündüz müəllim, hətta, bu barədə Rusiya Dövlət Dumasına da məktub ünvanlayıb. Məktubda qeyd olunur ki, “Rusiya və Azərbaycan dövlətləri arasında mövcud olan ikitərəfli əlaqələr qənaətbəxş səviyyədədir. Rusiyanın Dövlət Başçısı V.V.Putin dahi şəxsiyyət H.Əliyevə bir böyük, ağsaqqal kimi daim hörmətlə yanaşıb. Cənab V.Putin Azərbaycanın Dövlət Başçısı cənab İlham Əliyevlə dostdur. Eyni zamanda, son 200 il ərzində Ermənistan fürsət yaranan kimi dəfələrlə Azərbaycan ərazilərinə qarşı işğalçılıq siyasəti yürüdüb və bir çox ərazilər işğal edilib. XX əsrdə 3 dəfə yandırılaraq yerlə-yeksan edilən Xocalı şəhəri də gözəl yurd yerlərimizdəndir”. Müraciətdə daha sonra qeyd olunur ki, Rusiya Federasiyasının Parlamentindǝ Xocalı soyqırımına siyasi qiymət verilsin və  soyqırım kimi rǝsmən tanınsın.

Biz, Sizin kimi ləyaqətli Azərbaycan oğulları ilə qürur duyuruq, dəyərli Gündüz Musayev!

Şamil Sabiroğlu,

Rufanə Süleymanlı.

Medonline.az və sabiroghlu.com saytlarının xüsusi müxbirləri.

Bakı, 04.07.2021.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code