Doğum Günün Mübarək Şəhidim!

0
27

 

Tural Eyyubov 1992-ci il iyul ayının 2-də Kürdəmir rayonunun Mollakənd kəndində Yadulla və Gülnarə Eyyubovların ailəsində anadan olub.
1993-cü ilin iyulunda Eyyubovlar ailəsi Rusiyada yaşamağa başladılar. 1998-2005-ci illərdə təhsilini Rusiyada alıb. 2005-2009-cu illərdə isə Nəsimi rayonunda 240 nömrəli tam orta məktəbdə təhsil alıb.
2009-2013-cü illərdə Bakı Dövlət Universitetində (BDU) “Tətbiqi-riyaziyyat” üzrə ali təhsil alıb.
Ailəli idi.

Hərbi xidməti

Tural Eyyubov 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra isə 2014-2015-ci illərdə Azərbaycan Ordusunun sıralarında müddətdən artıq həqiqi hərbi xidmətdə olub və “leytenant” hərbi rütbəsi alıb.
Azərbaycan Ordusunun leytenantı olan Tural Eyyubov 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Eyyubov oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhid olub. Kürdəmir rayonunda dəfn olunub.

Təltifləri

🎖(15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)

🎖 (25.12.2020) — “Xocavəndin azad olunmasına görə” medalı (ölümündən sonra)

🎖 (25.12.2020) — “Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra)

🎖(29.12.2020) — “Şuşanın azad olunmasına görə” medalı (ölümündən sonra)

 

Könül Həsənli

Medonline.az

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code