Binə Atçılıq qəsəbəsində telefon manyakı peyda olub- Video

0
28

Azərbaycan Ordusu Ermənistan Silahlı Qüvvələrinə qarşı apardığı mübarizədə qalib gəldi. Tarixi qələbənin qazanılmasından ötrü  xalqımızın bütün təbəqələri zəhmət çəkdilər. Qələbənin qazanılmasında rabitəçilərin də xüsusi əməyi var. Təəssüflər olsun ki, xoş sözləri bəzi rabitəçilər haqda söyləmək mümkün deyil. Çünki onlar, qazanılan qələbəyə kölgə salmağa çalışırlar.

Belə ki, Bakıda fəaliyyət göstərən “Shark Telecom”un bəzi əməkdaşları abunəçiləri incitməklə bu adı qazanıblar. Redaksiyaya Xəzər rayonunun Binə Atçılıq qəsəbəsində yaşayan bir qrup sakin adından şikayət daxil olub.Şikayətçilər qeyd edir ki, internet xəttinin çəkilişinə görə vətəndaşlardan 180- 200 AZN miqdarında pul alınıb. Onlar 20mb internetə görə hər ay 19 man. pul ödəyirlər. Lakin, bu məbləğin müqabilində cəmi 4- 5 mb.internet verilir. Biz, çəkiliş qrupu ilə Binə qəsəbəsinə yollandıq. İmam Cəfər Sadiqi Məscidinin yaxınlığında bir qrup sakinlə görüşdük.Gəlin, öncə sakinlərin şikayətlərini dinləyək:

Kazımov Ceyhun Heydər oğlu, Binə qəsəbə sakini: internet xəttinin çəkilişinə görə bizdən 200 man pul aldılar, lakin, şüşəli kabellə deyil, adi kabeldən istifadə edərək internet xətti çəkdilər. Təəssüflər olsun ki, sürət çox aşağıdır. Dəfələrlə müraciət etsək də, səsimizə səs verən yoxdur.

Ağayev Mircəlil Sabir oğlu, Binə qəsəbə sakini (şəhid qardaşı):

Bizim şikayətimiz internetin verilməsində yaranan problemlərlə əlaqədardır. Məsələn,  20 mb internetə görə bizdən ayda 19 manat pul alırlar, əvəzində 5 mb internet verilir. İnternet xətləri bərbad gündədir.   Həddindən artıq yüklənmə səbəbi ilə hər an yanğın ola bilər. Bundan başqa bir neçə abunəçinin xəttinə daxil olub, əxlaqsız sözlər yazırlar. Ərazi üzrə polis bölməsinə müraciət olunub, şikayət araşdırılır.

 Bilalov Coşqun İbrahim oğlu, Binə qəsəbə sakini: Biz, “Shark Telecom”un əməkdaşları ilə müqaviləni imzaladıq. Onlar internet xəttinin çəkilişi üçün bizdən 200 AZN miqdarında pul aldı.İnanın, internet xəttində yaranmış problemlər ucbatından əsəblərimiz tarıma çəkilib. Çünki, Binə qəsəbəsində telefon (internet) manyakı peyda olub. Bu şəxs (və ya şəxslər) rahat şəkildə şifrəni qırır, ailə üzvlərimizin də baxdığı səhifəyə əxlaqsız sözlər yazır. Mən, bu faktla əlaqədar Xəzər rayon Pİ-nin 2-ci Polis Bölməsinə şikayət ərizəsi vermişəm. Tələb etmişəm ki, onların iştirakı ilə araşdırma aparılsın, ödədiyim 200 man.pulu geri qaytarsınlar. Mən də onların internet üçün olan aparatlarını geri qaytarım.

Dəyərli oxucular, əminik ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi şikayətçilərin şikayətlərini araşdıracaq və ciddi tədbirlər görəcək.

 

Redaksiyadan: Biz, qarşı tərəfin də fikirlərini eşitmək istərdik.

 

Şamil Sabiroğlu,

Arzuman Ağayev.

Medonline.az

25.06.2021.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code