Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyətini təbrik edirik!

0
93

İyulun 2-də Azərbaycan Polisi yaranmasının 103-cü ildönümünü qeyd edir. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisinin Peşə bayramı  günü elan olunub.

AR Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə böyük vətənpərvərliklə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayıb, Cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində inkişaf edib. İctimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanıb. Xüsusilə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi düşüb.

Biz, Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin, Azərbaycanın Milli Qəhrəımanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun, “Qürur” Şəhid Ailələri Xeyriyyə ictimai birliyinin, “Sosial Rifah və Tədqiqatlar” ictimai birliyinin, həmçinin, medonline.az və sabiroghlu.com saytlarının əməkdaşları və Redaksiya Şuraları adından başda Azərbaycan Respublikasının Daxili İşlər Naziri, General-polkovnik cənab Vilayət Eyvazov olmaq şərtilə, Nazirliyin şəxsi heyətini və təqaüddə olan polis əməkdaşlarını təbrik edirik. Hamımıza məlumdur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasında polis əməkdaşları, həmçinin, Daxili Qoşunların şəxsi heyəti də şücaət göstərib.

Peşə bayramınız mübarək olsun!

Hörmətlə,

“Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri,

Medonline.az və sabiroghlu.com saytlarının baş redaktoru,

müharibə veteranı: Şamil Sabiroğlu(Ələkbərli)

 

“Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin

sədri: Mahirə Əsədova

Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına

 İnkişaf Fondunun sədri,

 Qarabağ qazisi: Ədalət Məhərrəmov

 

“Qürur” Şəhid Ailələri Xeyriyyə ictimai

birliyinin sədri: Naibə Behbudova

 

“Sosial Rifah və Tədqiqatlar” ictimai birliyinin

sədri, fact-info.az saytının baş redaktoru: Əkrəm Bəydəmirli

                            Bakı, 02.07.2021

 

 

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code