Şərəfli  Əliheydər ömrünü Şəhidlik zirvəsi ilə taclandıran  Şəhidimizi   hörmət və ehtiramla  yad edirik.

0
45

28 fevral  1963-cü ildə anadan olan Əliheydər Əliağa oğlu  Kazımov 1992-ci ildə Füzulidə gedən döyüşlərdə ağır yaralanıb və həlak olub.  Şəhidlik zirvəsinə ucalan zaman Əliheydərin cəmi 27 yaşı olub. Bakı şəhəri 228 saylı tam orta məktəbin gənc müəllimi olan Əliheydər, Aygün adlı xanımla  ailəli  olub və onun bu evlilikdən  Mehman adlı bir  oğlu var.  Mehman hal- hazırda Rusiyada yaşayır.

Həyat yoldaşı Aygün xanım Əliheydərin ölümündən bir müddət sonra bədbəxt hadisə nəticəsində yaşadığı mənzildə yanaraq həyatını itirib. İndi onun nəvəsi Aygün nənəsinin  adını daşıyır.

Əliheydər Şəhid olduqdan sonra bir zamanlar gənc müəllim kimi çalışdığı 228 saylı tam orta  məktəbə onun adı verilir.  Hal- hazırda da fəaliyyət göstərən 228 saylı tam orta  məktəb I Qarabağ müharibəsi şəhidi Əliheydər Kazımovun adını daşıyır.

Medonline.az  olaraq bildiririk ki, 2 iyul 2021-ci il  tarixi, I Qarabağ  müharibəsi  zamanı  Şəhid olan  Əliheydər Kazımovun  anım günüdür.

Anım günü ilə  əlaqədar olaraq,  Bakı Şəhəri  Qaradağ Rayon İcra Hakimiyyəti,  Qaradağ rayonu Sahil qəsəbəsində  yerləşən  və Şəhidin adını daşıyan, “Əliheydər Kazımov  adına  228 saylı  tam orta məktəbdə” Əliheydər bulağını inşa etdirib.

Qeyd edek ki, inşası tamamlanan   “Əliheydər bulağı” şəhidin qardaşı  Əli Əliyeviç Kazımovun maliyə dəstəyi ilə inşa olunubdur.

Şərəfli  Əliheydər ömrünü Şəhidlik zirvəsi ilə taclandıran  Şəhidimizi bizdə medonline.az kollektivi olaraq  hörmət və ehtiramla  yad edirik.

Günel İbrahimli

Medonline.az

01.07.2021

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code