Plastik qabların istifadəsi QADAĞAN EDİLDİ

0
10

Bu  gündən Azərbaycanda birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların idxalı, istehsalı, istifadəsi qadağan edilir.

Medonline.az xəbər verir ki, qadağa Prezident İlham Əliyevin 2020-ci il noyabrın 26-da imzaladığı “Azərbaycanın İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” fərman əsasında tətbiq edilir.

Sənəddə bildirilir ki, iyulun 1-dən ölkə ərazisində polietilen torbaların, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların idxalına son qoyulacaq.

Fərmanın müddəaları polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanlara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code