​Təcili yardım Bakı kəndlərinə niyə gec çatır?

0
19

Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Bakıətrafı kəndlərə təcili yardım maşınlarının gec gəlməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Medonline.az xəbər verir ki, bu barədə BŞTTY Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva bildirib. O qeyd edib ki, yay mövsümü başlayanda əhalinin çoxu yay mövsümü zonalarına, o cümlədən, Bakı kəndlərinə köçürlər. İlin başqa vaxtlarında normal olsa da, yay aylarında həmin zonalarda əhalinin çox olması səbəbindən təcili yardım briqadalarında gecikmələr yaranır:
 
“Bəzən müraciətlər zamanı yüngül çağırışlar gözləmə mövqeyində durur, vəziyyəti daha ağır olan çağırışlara briqada göndəririk. Briqada azad olduqca digər çağırışlara da yönləndiririk. Bundan başqa, hər gün minlərlə insan çimərliyə gedir. Bütün bu səbəblər üzündən briqadaların işində gecikmələr yaranır”.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code