​Abdullayevin avtomobil və restoran sevgisi: Çirkli pulların yuyulması… – ŞOK DETALLAR

0
14

Bloger Mehman Huseynov SOCAR prezidenti Rövnəq Abdullayevin hər il yenilənən bahalı maşınları haqqında yeni məlumatlar yazıb.

Medonline.az xəbər vəbər verir ki, M. Hüseynovun iddiasına görə, SOCAR prezidenti pulunu 2 şeyə xərcləyir – bahalı saatlar və avtomobillər:

“2013-cü ildən Rövnəq Abdullayevin necə varlanmağını sizə göstəririk. Ona məxsus olan 99-AA-999 və 10-AA-999 dövlət nişan nömrələri hansı maşınlarda olub?

Fikir verin, 2013-cü ildən 2020-ci ilə qədər hər il hələ yalnız xidməti maşınlarını dəyişib. Elə dövr olub ki, o, ildə ən azı maşınını 2 dəfə dəyişib. İndi təsəvvür edin, ailəsinə məxsus olan maşınları araşdırsaq nələr çıxacaq. Və ən maraqlı məqam odur ki, Rövnəq Abdullayevin bir çox maşını zirehlidir. Nədən qorxur?

2013-cü ildə Rövnəq Abdullayevin xidməti maşını Audi A8 olub.

2014-də Mersedec S600.

2015-ci ildə Mersedes S500.

2019-da “Range Rover”.

2020-ci ildə isə BMW 740”, – deyə M. Hüseynov yazıb.

Daha sonra o, Rövnəq Abdullayevin Bakıda olan milyonluq restoranları haqqında apardığı arışdırmasını təqdim edib.

Daha ətraflı videodan izləyin:

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code