Zob xəstələri vaksin vurdura bilərmi? – Endokrinoloq

0
16
Ümumdünya Səhiyyə Təşkilatı da zob xəstəliklərinin vaksin vurdurmaq üçün əks göstəriş olduğuna dair məlumat paylaşmayıb. İstənilən halda, peyvəndləmədən öncə həkimlə məsləhətləşmə aparmaq labüddür.
 
Medonline.az xəbər verir ki, bunu axar.az-a Səhiyyə Nazirliyinin baş endokrinoloqu Babək Salek Qənnadi deyib.
 
“Ağır, orta və yüngül dərəcəli toksiki zoblar var. Belə ki, xəstənin vəziyyəti ağırdırsa, koronavirus əleyhinə peyvənd olunmaq hipertrioidin güclənməsinə səbəb ola bilər. Belə olan halda, müalicə ilə vəziyyət stabilləşəndə, misal üçün, toksiki zob eutrioid vəziyyətinə gələndə vaksin vurdurmaq mümkündür. Qeyd etmək yerinə düşər ki, kollektiv immunitetin formalaşması sayəsində koronavirusdan xilas olmaq üçün əhali tez bir zamanda vaksinasiyadan keçməlidir”, – Qənnadi qeyd edib.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code