Tam peyvəndlənmiş turistlər yenə də test verəcək

0
21
“Gürcüstana səfər edən turistlərin koronavirusa qarşı vaksinin hər iki dozasını almalarına baxmayaraq, ölkə ərazisində testdən keçməsi tövsiyə deyil, tənzimləmə olmalıdır”.
 
Medonline.az xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Ekaterina Tikaradze deyib.
 
Onun sözlərinə görə, turistlərdən Gürcüstanda test olunması tələb olunmalıdır: “Bu halda saxta sənədlərin təqdim olunmaması ilə bağlı daha çox zəmanətimiz olacaq. Turistlərin ölkədə hərəkəti vətəndaşlarımız üçün təhlükəsiz olmalıdır”.
 
Qeyd edək ki, Gürcüstan ərazisinə hava və quru yolla daxil olan peyvənddən keçən və keçməyən əcnəbilər son 72 saat ərzində aparılan PCR testin mənfi nəticəsini təsdiqləyən arayış təqdim etməlidirlər.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code