Şəhid Əliheydər Əliağa oğlu  Kazımovun xatirəsinə “Əliheydər bulağı” inşa edildi

0
22

Medonline.az  olaraq bildiririk ki, iyul ayının 2-si , 28 fevral 1963-cü ildə anadan olan   I Qarabağ  müharibəsi   Şəhidi  Əliheydər Əliağa oğlu  Kazımovun  anım günüdür.

Anım günü ilə  əlaqədar olaraq,  Bakı Şəhəri  Qaradağ Rayon İcra Hakimiyyəti,  Qaradağ rayonu Sahil qəsəbəsində  yerləşən  və Şəhidin adını daşıyan, “Əliheydər Kazımov  adına  228 saylı  tam orta məktəbdə” Əliheydər bulağını inşa etdirib.

Qeyd edek ki, inşası tamamlanan   “Əliheydər bulağı” şəhidin qardaşı  Əli Əliyeviç Kazımovun maliyə dəstəyi ilə inşa olunubdur.

Əliheydər ömrü

Səni öz qəlbimdə yaşadacağam

Adına heykəllər ucaldacağam

Əmanət qoyduğun doğma torpağı

Mən də sənin kimi qoruyacağam.

 

Əli ulu demək, Heydərsə-aslan

Sən aslan oğlusan bizim vətənin

Aslan tək atıldın vuruşmalara

Qürur mənbəyisən bizim məktəbin.

 

Həlimlik gözünün qarasındaydı

Əzizlik qəlbinin parasındaydı

Hər an şagirdlərin arasındaydı

Kövrəlmiş bir səsdir Əliheydər ömrü.

 

Bu gün yığışmışıq sənin adına

Əliheydər bulağı açılışına

Qardaşın da gəlib adını ana

Çağlayan bulaqdır Əliheydər ömrü.

Müəllif: Əliheydər Kazımov adına 228 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səadət Həmidova

Günel İbrahimli

Medonline.az

29.06.2021

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code