Koronavirusu aşkarlayan yeni maskalar HAZIRLANDI

0
17
ABŞ-dan olan mütəxəssislər insanın koronavirusa yoluxub-yoluxmadığını müəyyən etməyə imkan verən qoruyucu maska hazırlayıblar.
 
Medonline.az TASS-a istinadən xəbər verir ki, bu barədə Massaçusets Texnologiya İnstitutunun saytında dərc edilmiş məqalədə məlumat verilir.
 
İnstitutun mütəxəssisləri Harvard Universitetindən olan həmkarları ilə birgə taxılıb-çıxarılan kiçik cihaza malik maska prototipi yaradıblar.
 
Maskanı taxandan təxminən saat yarım sonra cihaz nəticəni təqdim edir. Məxfiliyi qorumaq məqsədilə cihaz elə qurmaq olur ki, onun məlumatları ətrafdakılara görünməsin.
 
Məqalədə qeyd edilir ki, bu tip cihazlardan hələ Ebola və Zika viruslarına yoluxmanı aşkarlamaq üçün də istifadə edilib.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code