Azərbaycanlı qadında “Delta” virusu aşkarlandı: Yaşayış binası karantinə alındı

0
14
Türkiyənin Ordu şəhərinin Gölevi məhəlləsində yaşayan Azərbaycan vətəndaşı qadında koronavirusun “delta” variantının aşkarlanması nəticəsində 10 mərtəbəli bina karantinə alınıb.
 
Medonline.az virtual.org-a istinadən xəbər verir ki, həmin qadın tətildən geri qayıdandan sonra özünü pis hiss edib, koronavirus əlamətləri müşahidə olunub. Aparılan test nəticəsində qadının virusun “delta” variantına yoluxduğu müəyyən edilib. Səhiyyə işçilərinin briqadası qadının yaşadığı binada karantin tətbiq edib.
 
 
 
Binanın yerləşdiyi küçənin yönətim başqanı Mehmet Öztürk deyib: “Dünən axşam saatlarında küçəmizdə yaşayan Azərbaycan vətəndaşı qadının tətildən döndükdən sonra delta mutasiyalı virusa yoluxduğu səhiyyə işçiləri tərəfindən bizə bildirildi. Dünən axşam polis əməkdaşları və səhiyyə işçiləri qadının yaşadığı binada cəmi beş mərtəbədə yerləşən 20 mənzili karantin üçün bağladı. Virus cəmi bir nəfərdə aşkarlanıb, digər sakinlərdə hər hansı problem yoxdur. Lazım olan tədbirləri görmüşük. Əvvəlcə öz küçəmizdə dezinfeksiya apardıq, sonra Ordu Böyükşəhər Bələdiyyəsi işçiləri gəlib dezinfeksiya apardılar”.
 
Polislər isə küçəyə gələrək karantin altında olanların çölə çıxmaması barədə xəbərdarlıq edib.
 
 
Koronavirusun “delta” mutasiyası iki dəfə sürətlə yoluxdurur və daha ölümcül hesab ediliir. Bu mutasiya Hindistanda meydana çıxıb və sürətlə dünyanın 100-dən çox ölkəsinə yayılıb. Üstəlik bu günlərdə Hindistanda virusun ildırım sürəti ilə, “delta”dan daha sürətlə yoluxan “delta-plyus” mutasiyası da meydana çıxıb. Mütəxəssislər koronavirusa qarşı vaksinlərin bu mutasiyalara qarşı da effektiv olduğunu deyirlər.
 
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code