II Qarabağ müharibəsinin Canlı Qəhrəmanlarından- Həsrətov Amin Adil oğlu

0
185

Həsrətov Amin Adil oğlu 1982-ci ildə iyun ayının 25-də Şuşa şəhərində anadan olmuşdur.

1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuş, 2003-cu ildə bitirmişdir.

2003-2004-cü ildə hərbi xidmətdə olmuşdur.

2005-ci il aprel-iyul aylarında Azarbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində olan T.TM-də tam kursu bitirib Leytenant rütbəsi almışdır.

2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub va 2009-cu ildə bitirmişdir.

05.05.2008-2012-ci il tarixlərində Sumqayıt şəhər Hərbi komissarlığında I bölmə rəisinin köməkçisi vəzifəsində işləmişdir.

2018-ci il tarixindən   2020-ci sentyabr ayına qədər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Binəqədi rayon İcra və Probasiya şöbəsində İcra məmuru (Probasiya üzrə) vəzifəsində III dərəcəli Ədliyyə qulluqçusu olaraq işləmişdir.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyində baş mütəxəssis vəzifəsində işləyir. Rütbəsi – Baş Leytenantdır.

Xəzər rayon Hərbi Komissarlığından könüllü müraciətinə əsasən Hərbi Səfərbərlik zamanı orduya çağırılıb. İlk döyüşə Fizulida qatılıb. Fizuli, Xocavənd va Şuşanın azad olunması uğrunda döyüşlərdə iştirak edib.

“Fizulinin alınmasına görə”

“Xocavəndin alınmasına görə”

“Şuşanın alınmasına görə”

“Cəsur döyüşçü” medallarna layiq görülüb.

Atası-Həsrətov Adil -I Qarabağ Müharibəsi veteranıdır.Polis Podpolkovniki olub. 1990-1994-cü illərdə Laçında işləyib. Hazırda təqaüddədir.

Qardaşı -Həsrətov Zamin Adil oğlu II Qarabağ müharibəsində öz vəsaiti hesabına Hadrutda, Xocavənddə,Fizulida, Şuşada əsgərlərə xidmət etmişdir.

Könül Həsənli

Medonline.az

25.06.2021

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code