II Qarabağ müharibəsinin Canlı Qəhrəmanlarından- Həsənli Tural İmamverdi oğlu

0
162

Həsənli Tural İmamverdi oğlu 1998-ci il aprel ayının 22-də Bakı Şəhərində anadan olmuşdur.

2015-ci ildə Abşeron rayon Mehdiabad qəsəbəsi 1 saylı orta məktəbi bitirib, eyni ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə daxil olmuşdur.  2019-cu ildə universiteti müvəffəqiyyətlə bitirmişdir.

2019-cu il oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağırılmışdır.

 

2020-ci il sentyabr ayının 27-si başlayan II Vətən Müharibəsində ilk günündən başlayaraq, Talış kənd, Suqovuşan istiqamətində gedən döyüşlərdə sona qədər iştirak etmişdir və müstəsna xidmətləri olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq  sərəncamına əsasən Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyi üçün “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Medonline.az saytının rəhbərliyi və  əməkdaşları olaraq  Həsənli Tural İmamverdi oğluna igidliklə göstərdiyi xidmətlərə görə təşəkkür edir və  bu münasibətlə təbrik edirik.

Könül Həsənli, 

Günel İbrahimli

Medonline.az

25.06.2021

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code