Erkən yaşda dişlərin  itirilməsində  hansı faktor daha çox təsirlidir? Genetika yoxsa  istifadə  olunan qidalar?

0
72

Bu gün medonline.az olaraq  öz peşəsində  fərqlənən, bir neçə diplom və fəxri fərmanların mükafatçısı, tanınmış stomatoloq Mahir Salahovdan  hər bir vətəndaş üçün maraqlı olan;  dişlərə doğru qulluq necə olmalıdır ? kompleksiz gülüşümüzü qorumaq üçün nələrə əməl etməliyik və bir neçə bunun kimi  sizləri  maraqlandıran sualları mütəxəsisindən soruşub cavablandırdıq.

  • Mahir bəy salam. Stomatoloq olaraq fikirlərinizi bilmək istərdik.  İnsanların erkən yaşda dişlərini  itirməsində  hansı faktor daha çox təsirlidir? Genetika yoxsa  istifadə  olunan qidalar?

Stomatoloq olaraq  təcrübələrimə  əsasən deyə bilərəm ki,   dişlərin erkən yaşda itirilməsində qeyri-düzgün  qidalanma,   genetikadan daha  da çox önəlmli faktor olaraq görülür.

  • Gözəl gülümsəmə sağlam dişlərdən başlayırsa, sağlam dişlərə sahib olmaq və onları  qorumaq üçün  nələr edilməlidir, Ümumiyyətlə  dişlərə doğru qulluğun ilkin şərtləri nələrdir?

Dişlərə qulluq erkən yaşlardan başlanır.Əsasən fərdi– dişlərin gündə 2 dəfə diş fırçaları ilə müxtəlif növ diş məcunları vasitəsilə təmizlənməsi,diş saplarından,ağız boşluğu eliksirlərindən düzgün və lazım olan vaxt istifadə edilməsi aiddir.

Daha bir şərt isə il ərzində 2 dəfə stomatoloqun qəbulunda müayinədən keçməkdir

  • Mahir doktor  maraqlıdır son zamanlarda  insanlar stomatoloqa  daha çox nə üçün üz tuturlar  komplekslərdən azad olmaq üçün estetik dişlər düzəltirməyə   yoxsa ağrı və diş xəstəliklərindən  qurtulmaq üçün?

Ümumiyyətlə insanların stomatoloqa müraciəti 3 istiqamətdədir,

1)Diş ağrıları və  diş xəstəliklərindən tezliklə qurtulmaq.

2)çeynəmə funksiyasının bərpası,yəni yaxşı yemək yemək.

3)komplekslərdən azad olmaq,diş əyriliklərinin,diş rənginin ideal vəziyyətə gətirilməsi.

Hər bir halda sağlam dişlərlə, kompleksiz gülüşlər üçün vaxtı-vaxtında dişlərinizə düzgün qulluq etməyi unutmayın.

Günel İbrahimli,

medonline.az

25.06.2021

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code