Binə qəsəbəsinin bir qrup sakini Dövlət Başçısına müraciət etdilər!

0
59

2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən II Vətən müharibəsində qazandığımız tarixi Zəfər bir daha bizim müdrik, əyilməz, mərd, vətənpərvər xalq olduğumuzu sübut etdi.

Təbii sərvətlərimizin bol olmasına baxmayaraq, əhalimizin əksər hissəsi hələ də kommunal xidmətlərdən tam yararlana bilmirlər.

Maraqlıdır ki, Bakı şəhərinin mərkəzində yaşayan əhalinin bir qismi qazdan, sudan və ya elektrik energisindən yararlana bilmir.

Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi, 4-cü sahə yaşayış massivi, şəhid Tosif Abdullayev küçəsində yaşayan bir qrup sakinin medonline.az, sabiroghlu.com saytlarına və Medonline TV-yə ünvanladıqları şikayət ərizəsinə əsasən, həmçinin, sakinlərin problemləri ilə maraqlanmaq üçün adı çəkilən əraziyə yollandıq.

Gəlin, öncə  sakinləri dinləyək:

-Əzimov İsabala Sarıbala oğlu. Etdiyimiz müraciətlərə baxan yoxdur. İndi XXI əsrdir, amma biz suyun bir tonun 7-9 manata alırıq.Ay ərzində 9-10 ton su alırıq ki, bu da ay ərzində 65-70 man.edir.

-Xəlilov Bayram Zöhralı oğlu, Biz, aidiyyəti orqanlara müraciət etdik, bir neçə dəfə kollektiv surətdə “Azəriqaz” ib və “Azərsu” ASC-nin rəhbər işçiləri görüşdük. Təəssüflər olsun yardım göstərmədilər.

Redaksiyadan: Gürcüstandakı erməni kilsələrini mavi yanacaqla təmin edən və ya digər ölkələrə zəruri dəstək göstərən SOCAR rəhbərliyi, sözümüz Sizədir. Binə qəsəbəsində əhahilin böyü hissəsu qaz və su sarıdan əziyyət çəkir. Bəlkə, “Azərsu” ASC-nin məsul şəxsləri ilə birlikdə yuxarıda adı qeyd olunan ünvana baş çəkəsiz?

Qeyd: Biz, qarşı tərəfin də fikrini öyrənmək istərdik.

Şamil Sabiroğlu,

Arzuman Ağayev.

Bakı, 25.06.2021.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code