Milli Qəhrəman Əlif Hacıyevin doğum günüdür

0
22
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin doğum günüdür.
Medonline.az -ın məlumatına görə, Hacıyev Əlif Lətif oğlu 24 iyun 1953-cü ildə Xocalı şəhərində dünyaya gəlib. 1970-ci ildə orta məktəbi bitirərək sürücülük peşəsinə yiyələnib. 1971-ci ildə ordu sıralarına çağırılıb və hərbi xidməti Minsk şəhərində keçib.

1974-84-cü illərdə Belarus Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan SSR DQMV-nin daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləyib. 1976-cı ildə SSRİ DİN-in Frunze adına Xüsusi Orta Milis Məktəbinə daxil olub, 1979-cu ildə həmin məktəbi bitirərək, 1981-ci ildən təhsilini SSRİ DİN-in akademiyasında davam etdirib.

1990-cı ildə daxili işlər orqanlarında Xocalı təyyarə limanı xətt daxili işlər bölməsinə rəis təyin olunub. 1991-ci ildə ona mayor rütbəsi verilib.

Ə.Hacıyev 1992-ci il fevralın 26-da Ermənistan Silahlı Qüvvələrinin Xocalı şəhərinə hücumu zamanı qəhrəmancasına həlak olub. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Ailəli idi. İki qız övladı var.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə mayor Hacıyev Əlif Lətif oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Bakının Nizami rayonundakı küçələrdən biri qəhrəmanın adını daşıyır.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code