Elşən İbrahimov:- Elə o vaxtdan bizim Azərbaycan Xalq Hərakatında iştirakımız başladı

0
96

Müsahibimiz Rusiya Federasiyası Moskva vilayəti azərbaycanlılarının milli-mədəni muxtariyyətinin sədri Elşən İbrahimovdur.

Elşən müəllim, hər vaxtınız xeyir olsun.
-Siz, 1988-ci il noyabr ayının 17-də başlanan Azərbaycan Milli Azadlıq hərəkatının fəallarındansınız. O zaman Bakıdakı Azadlıq meydanı (əvvəllər Hökumət meydanı adlanırdı) qaynar qazana dönmüşdü. Azərbaycan xalqı hakimiyyət orqanlarından nə istəyirdi?

-Salam, mən 1987-ci ilin dekabrında ordudan tərxis oldum və Bakı Baş Tikinti idarəsində mühasib işləməyə başladım. Qardaşım M.F. Axundov adına Pedoqoji İnstitutunda (indiki Bakı Slavyan Universiteti) təhsil alırdı. Ona görə mən tez-tez onların institutunda olurdum və bir gün gördüm ki, tələbələr imza toplayırlar. Maraqlandım, məlum oldu ki, M.S. Qorbacovun müşavirlərindən biri Aganbekyan Fransa kommunistlərinin orqanı olan “Humanite” qəzetinə müsahibə verib ki, Dağlıq Qarabağ Ermənistanın tərkibində daha yaxşı inkişaf edə bilər. Elə o vaxtdan bizim Azərbaycan Xalq Hərakatında iştirakımız başladı və bu gün də davam etməkdədir. Əlbəttə , bu hadisələrdə 1985-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının Baş Katibi seçilmiş, SSSR-nin ilk və son Prezidenti M.S.Qorbaçovun yenidənqurma və aşkarlıq siyasəti də rol oynadı. 1988-ci il noyabrın 17- dən dekabrın 5-dək davam edən mitinqlərdə hər gün meydanda olduq. Onu da qeyd edim ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə eyni adamlar, o cümlədən jurnalist Şamil Sabiroğlu da bizimlə birgə Salyan kazarmalarının yanındaydı. Millətimiz nə istəyirdi? İki əsrə yaxın bir müddətdə təbii sərvətləri ilə cox zəngin olan ölkəmizin əhalisinin rifah halı məlum idi. O biri tərəfdən də ermənilərin növbəti xəyanəti insanların səbr kasasını doldurmuşdu.

Siz, Moskva vilayətində yaşayan bəzi vətənpərvər soydaşlarımızla birgə Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanınması üçün gərgin əziyyət çəkirsiniz. Necə oldu ki, Rusiya Federasiyasına yollandınız? Bu barədə oxuculara məlumat verin, mümkünsə.

-Bilirsiniz ki, Bakı Baş Tikinti idarəsinə bütün metallar Ukraynadan ( Krivoy-rog, Donetsk və s.) gəlirdi. 1992-ci ildə, çeçen müharibəsi başladıqdan sonra dəmir yolları bağlandı, tale, ya da qismət bizi gətirib Rusiyaya çıxardı. Yəqin həm də bu işdə 1974-cu ildən dayımın Moskvada yaşamağı və məndən bir neçə il öncə qardaşımın burada olmağı da rol oynadı.
Moskva vilayəti Rusiyanın regionları içərisində özünəməxsus yer tutur. Əlbəttə ki, bunun ən başlıcası Rusiyanın ürəyi, dövlət içində dövlət olan Moskvaya yaxın olmasıdır. Əhalisi 8 milyondan çoxdur. Təqribi hesablarımıza görə burada 200 minə yaxın azərbaycanlı yaşayır.

Siz, Rusiyada yaşayan bəzi soydaşlarımızla birgə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün aradan qaldırılmasında, yəni, I və II Vətən müharibələrinin tarixi qələbəmizlə başa çatması üçün zəruri kömək göstərmisiz.

İlk yerli təşkilatımız 2003-cu ildən fəaliyyət göstərir. Bu gün Moskva vilayətinin 64 bölgəsindən 27-də artıq bizim daimi çalışan cəmiyyətlərimiz var. Cox şükür ki, 44 günlük müharibədən sonra Azərbaycanın ərazi bütövlüyü qismən də olsa təmin edildi. Heç şübhə etmirik ki, ərazi bütövlüyümüzün tam təmin olunması da zaman məsələsidir. Döyüş meydanında məğlubiyyətdən azğınlaşan düşmən informasiya müharibəsində hücuma keçib. Ona görə də belə hesab edirik ki, görəcəyimiz işlər hələ çoxdur.
Müharibə gedən müddətdə hər bir azərbaycanlı özünü Vətəndə hiss edirdi. Elə buna görə də bir çağırışımızla çox sayda azərbaycanlılar vətənə yardım aksiyasına qoşuldular, hətta tanımadığımız azərbaycanlılar bizə zəng edir və yardımlarını təklif edirdilər. Qeyd etmək istəyirəm ki, o yardımlar daimilik əsasında bu gün də davam edir.

   

Bir məsələni də xüsusi qeyd etmək istəyirəm. Bilirsiniz ki, qonşularımız dünyanın ən alçaq ( üzr istəyirəm) millətlərindəndirlər. Kütləvi tədbirlərdə hər zaman öz bayraqlarını və ona oxşayan əski parçasını asmağa calışırlar.  Bizim uzun müddət apardığımız gərgin mübarizənin nəticəsində Moskva vilayətində artıq belə problem yoxdur. Sağ olun, hər birinizə təşəkkür edirəm.


Maraqlı müsahibə üçün çox sağ olun.

Söhbəti yazdılar:
Şamil Sabiroğlu,
Könül Həsənli

Medonline.az 

24.06.2021

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code