Şəmkirdə iş adamı və atası polis zorakılığına məruz qalıb – ŞİKAYƏT

0
15

Şəmkir rayonunda Tural Zeynalov və atası Allahverdi Zeynalov polis zorakılığına məruz qalıb.
Bu barədə Medonline.az-a T. Zeynalovun yaxınları məlumat verib.
İddiaya görə, hadisə zamanı Allahverdi Zeynalov bədən xəsarətləri alıb.

Əldə etdiyimiz məlumata görə, Tural Zeynalov hazırda Şəmkir Rayon polis şöbəsində saxlanılır.

T. Zeynalovun yaxınları hüquq və qanun çərçivəsində Tural və Allahverdi Zeynalovun haqqını tələb edəcəklərini bildirib.

Qeyd edək ki, hadisə Tural Zeynalovun sahibi olduğu “Qala” restoranında baş verib.

Onu da əlavə edək ki, Tural Zeynalov Şəmkirin tanınan şəxslərindən biridir. O, Vətən müharibəsi dövründə şəxsi vəsaiti ilə Orduya dəstək olması ilə seçilib. Həmçinin, T. Zeynalov Şəmkirdə olan şəhid ailələrinə də dəstək olur.

Məsələni diqqətdə saxlayacağıq.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code