İlin Yaxşı Həkimlərindən- Məmmədov Cəfər Əşrəf oğlu

0
67
  • Cəfər Həkim, xahiş  edirik  ömür yolunuz barədə  oxucularımıza , qısa  məlumat verin. Necə oldu ki,  həkimlik  peşəsini seçdiniz?

Mən  Məmmədov Cəfər Əşrəf oğlu, 1977-ci ildə  Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə və Profilaktika  fakultəsini bitirmişəm. 17 il Ağdam rayonunda işləmişəm. Məlum səbəblərdən sonra, Sumqayıt Göz Xəstəxanasına  gəldim və 6 il orada fəaliyyət göstərmişəm. Ancaq Bakıda yaşadığım üçün ora gedib gəlmək mənə  çətin olduğuna görə  1999-cu ildən  mən 3 Saylı Sabunçu Klinik xəstəxanasının göz şöbəsində, Şöbə Müdiri vəzifəsində  işləyirəm.

Bundan əlavə qeyd etmək istərdim ki,  1993-cü ildən  bu yana mütəmadi olaraq Ağdama gedib müharibədən ziyan çəkmiş və ya yaşlı olduğuna görə xəstəxanaya getmək imkanı olmayan yaşlı insanlara, həmçinin  ehtiyyacı olan    bütün insanlara təmənnasız xidmətlər və əməliyyatlar  etmişəm.

  • Cəfər   həkim, 40 ildən çox həkimlik stajı olan biri kimi  ağ xalat geyindiyiniz illərin  yaddaşınızda  iz buraxdığı  maraqlı  xatirələrinizdən birini oxucularımıza paylaşmağınızı  istəyərdik.

Mənim həyatda “Ana” sözündən sonra ən sevdiyim söz “Görürəm”  sözüdür. Cərrahi əməliyyat edirsən, səhəri gün gözün  açanda ele bil məni kosmosa  qədər qaldırırlar. Bu duyğu, bu hiss, bir göz həkimi olaraq mənim üçün ən özəl duyğudur deyə bilərəm. Yadımdadır, Sumqayıtda işlədiyim zamanlarda yanıma  bir xəstə gətirdilər. Uzaqdan qohumluğu çatırdı. Mənə dedilər ki, doktor  bunun xəstəxanaların birində gözün çıxardırlar. Bizdə istəyirik  ki, əməliyyatı sən edəsən.. Məndə baxdım gördüm həqiqətən gözün vəziyyəti yaxşı deyil. Razılaşdım. Dedim ki, tələsməyək bir neçə gün müalicə edək, nəticə verməsə əməliyyat edib çıxardarıq.  Bir neçə gündən sonra əməliyyata götürdüm ki, gözünü çıxardım. Yavaş-yavaş başladım  gözünü yumağa , mirvari suyu deyilən bir şey var, onu  təmizlədim ki, sonra çıxardaram. Birdən   xəstə  dedi ki, həkim mən görürəm. Gözün tutdum dedi doktor gözümü tutma  mən görürəm.  Doğrudanda yoxlayıb gördük ki, gözdə görmə var. İndi də o xəstə yaşayır, görür. Özüdə cavan adam idi. Bu   mənim ağ xalat geyindiyim illərdən qalan ən maraqlı və gözəl xatirələrimdəndir.

  • Bir neçə gün əvvəl 17 iyun  Tibb işçilərinin  peşə bayramı  günündə  az  saytı  tərəfindən  “ İlin Yaxşı Həkimi” mÜkafatına layiq  görüldünüz. Bu haqda təəsüratlarınızı bilmək istərdik.

40  ildən çoxdur  həkim kimi bu peşədə can qoyan biri olaraq əlbəttə əməyimin qiymətləndirilməsi mənim üçün çox dəyərlidir. Medonline.az kollektivinə  “ İlin Yaxşı Həkimi” mükafatına məni layiq gördüklərinə görə təşəkkür edirəm.

Həmçinin bu mükafatı dəyərli edən bir çox məqamlar var idi ki, həm  mükafatın verildiyi tarixin özəl  gün  “15 iyun Azərbaycan Respublikasının Qurtuluş günü” olması, həm də   “17 iyun Tibb işçilərinin peşə bayramı günü” üçün toplaşan digər həkim kolleqalarımla və dəyərli dostlarımla  birlikdə  olmaq və mükafat almaq  çox xoş oldu mənim üçün. Və bu mükafat həyatımda aldığım ən  dəyərli mükafatlardan biridir.

  •  Cəfər həkim Sonda gərgin iş qrafikinizdə  bizimlə müsahibəyə zaman ayırdığınıza görə  medonline.az olaraq Sizə öz  təşəkkürümüzü bildirir və gələcək  işlərinizdə müvəffəqiyyətlər arzu edirik.
  • Sağ olun mən təşəkkür edirəm.

Şamil Sabiroğlu,

Könül Həsənli,

Günel İbrahimli

medonline.az

23.06.2021

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code