​ÜST-dən koronavirusun ən təhlükəli ştamı ilə bağlı XƏBƏRDARLIQ

0
14

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun Hindistan ştamının delta variantını COVID-19-un fərqli ştamları arasında ən ölümcül olduğunu elan edib.

Medonline.az xarici KİV-ə istinadən xəbər verir ki, AstraZeneca vaksinini hazırlayan Oksford Universiteti onun Hindistan ştamının delta və kappa variantlarına qarşı effektiv olduğunu söyləyib.

Təcrübələr zamanı AstraZeneca-nın koronavirusun Hindistan ştamının hər iki varinatını neytrallaşdırdığını müəyyən edib. Neytrallaşma COVID-19-un alfa (Britaniya) və qamma (Braziliya) ştamlarının neytrallaşdırılması ilə oxşar olub.

Ötən gün Britaniyanın İctimai Səhiyyə Xidməti Pfizer və AstraZeneca vakisnlərinin delta variantına qarşı effektivlik dərəcəsi 90%-i keçib.

Delta variantı koronavirusun qlobal dominant versiyasına çevrilir. Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un bu versiyasını ən sürətlə yayılan və ölümcül versiyası hesab edir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code