​Spiker Ərdoğanın Milli Məclisə gəlməsindən DANIŞDI

0
24

Azərbaycan parlamenti ötən həftə çox mühüm  tarixi gün yaşadı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxış etdi.

Medonline.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, Prezident Ərdoğanın rəhbərliyi ilə Türkiyə çox möhtəşəm inkişaf yolu keçib: 

“Bu gün siyasi, iqtisadi, hərbi gücünə görə Türkiyə dünyanın ən güclü ölkələrindən biridir. Qardaş ölkənin bu uğurları bizi sevindirir. Çünki Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü Türkiyənin gücüdür. Xalqlarımız arasında olan dostluq və qardaşlıq bizim ən böyük sərvətimizdir. Prezident İlham Əliyevin də dediyi kimi, Türkiyə Azərbaycan dostluğu qardaşlığı bu gün ən yüksək zirvədədir. 2020-ci ilin Vətən müharibəsində Cənab Ərdoğanın verdiyi siyasi və mənəvi dəstəyi onu göstərdi ki Azərbaycan tək deyil”

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code