Azərbaycan-Rusiya xalqlarının dostluq əlaqələri möhkəmlənir

0
70

Azərbaycan-Rusiya veteran təşkilatları dövlət siyasətinə dəstək verərək, Azərbaycan-Rusiya xalqları arasındakı dostluq əlaqələrini inkişaf etdirirlər.

Bu haqda Medonline.az-a Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər
Fondunun Mətbuat Xidmətindən verilən məlumatda deyilir.

Belə əlaqələrdən biri də, Əfqanıstan müharibəsi əlilləri və veteranları Perov Klubu “DOLG” İctimai Təşkilatı, Moskvanın Şərqi İnzibati Dairəsi Əfqanıstan Veteranları Birliyinin Yerli İctimai Təşkilatının, Azərbaycan Respublikası Beynəlmiləlçi Döyüşçülər Fondunun və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rusiya Federasiyası üzrə nümayəndiliyinin təşkilatçılığı ilə 17 iyun 2021 –ci il tarixində, Moskva şəhərində, Moskva səhiyyə departamentinin 2 saylı müharibə veteranları üçün hospitalında, 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə hospitalın həkim kolektivi ilə təntənəli surətdə görüş keçirildi.

İlk öncə Moskva səhiyyə departamentinin 2 saylı müharibə veteranları üçün hospitalın baş həkimi, tibb elmləri namizədi, ali ixtisas dərəcəli həkim Vera Rostislavovna Şastina tədbir iştirakçılarını salamladı və hospitalın əməkdaşlarını 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibəti lə təbrik etdi.

Keçirilmiş tədbirlərdə, Azərbaycandan qonaq kimi dəvət olunmuş, Əfqanstan və Qarabağ müharibəsinin veteranı, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun Prezidenti, “Azərbaycan Əfqanıstan Veteranları”İctimai Birliyinin üzvü, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rusiya Federasiyası üzrə nümayəndəsi Sərrəf Orucov iştirak edərək Azərbaycan Respublikası Veteranlar Təşkilatının və Azərbaycan Əfqanıstan Veteranlarının adından tədbir iştirakçılarını salamladı.
Sərraf Oruc qeyd edərək bildirdi ki, Azərbaycan-Rusiya xalqlarının və veteran təşkilatlarının dostluq əlaqələrini möhkəmləndirmək və müharibədə yaralanaraq sağlamlıqlarını itirmiş müharibə əlillərinə və tibbi riabilitasiya səhəsində köməklik göstərmək məqsədi ilə, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu, “Azərbaycan Əfqanıstan Veteranları”İctimai Birliyi, Əfqanıstan müharibəsinin əlilləri və veteranları Perov Klubu “DOLQ” İctimai Təşkilatı, Moskvanın Şərqi İnzibati Dairəsi, Əfqanıstan Veteranları Birliyinin və MDB iştirakçısı olan dövlətlərin hökumət başçıları Şurasının nəzdində beynəlmiləl döyüşçülərin işləri üzrə Komitə ilə yaxından əməkdaşlıq edirik.

Birgə əməkdaşlıq etməkdə əsas məqsədimiz, Azərbaycan-Rusiya dövlətlərinin dövlət siyasətinə dəstək verərək, Azərbaycan- Rusiya xalqları arası dostluq əlaqələrini möhkəmləndirərək, xalqlarımızın dostluq əlaqələrini inkişaf etdirərək, xalqlar arasında və veteran, diaspor təkilatları arasında təbliğat-təşviqat apararaq vətəndaşların sülh quruculuğu və konfliktlərin həlli istiqamətində fəaliyyətində onların əməkdaşlığını təmin edərək, Rusiya-Azərbaycan xalqlarının və müharibə veteran təşkilatlarının dostluq əlaqələrini inkişaf etdirmək və möhkəmləndirməkdir.

Bundan əlavə İkinci Dünya Müharibəsində, Əfqanıstan və Qarabağ müharibələrində sağlamlıqlarını itirmiş müharibə əlillərinin, veteranların tibbi-riabilitasiya və sosial problemlərinin həllinə köməklik göstəriləcəkdir.
Həmçinin, 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsi zamanı, Moskva və Sant-Peterburq şəhərlərini alman-faşistlərdən azad edilməsi uğrunda vuruşmuş və öz həyatını qurban verərək həlak olmuş azərbaycanlıların, Rusiyanın və Azərbaycanın regionlarında aşkarlanmış məzarlarını, abidələrini ziyarət etmək və onların bərpa edilməsinə, qorunmasına maddi-mənəvi dəstək verərək təbliğat-təşviqat işləri aparacağıq.

Sərraf Orucov qeyd edərək bildirdi ki, Sovetlər ittifaqı dağıldıqdan sonra 1990-2000 –ci ilə kimi Azərbaycanda müalicə üçün lazım olan müəyyən tibbi avadanlıqların olmadığı səbəbindən müharibə veteranları və əlilləri müxtəlif xarici ölkələrin hospitallarına göndərilərək orada müalicə olunurdular. 2000-ci ildən sonra isə Azərbaycanda ən müasir texnikalarla təmin olunmuş xəstəxanalar tikilərək vətəndaşlara xidmət etdiyi üçün son illər müharibə əliləri və veteranları öz ölkəmizdə müalicə olunurlar. Amma bütün bunlara baxmayaraq gələcəkdə Rusiya-Azərbaycan xalqlarının dostluq əlaqələrini möhkəmləndirmək və mehribanlaşdırmaq məqsədi ilə çox istərdik ki, Azərbaycanlı müharibə əliləri və qaziləri də bu, Moskva səhiyyə departamentinin 2 saylı müharibə veteranları üçün hospitalında müalicə alaraq hospitalın müalicə imkanlarından yararlansınlar.
İnanırıq ki, Azərbaycan, Rusiya, Belarusiya, Ukrayna və Moldaviya xalqları arasındakı dostluq əlaqələrini möhkəmləndirərək, veteran təşkilatları ilə qarşılıqlı əməkdaşlıq edərək, Veteran Həmrəyliyini, xalqlarımızın dostluq əlaqələrini inkişaf etdirməsi istiqamətində bundan  sonra da müxtəlif proqram və layihələrin davam etdirilməsi, xalqlar dostluğunun dahada mehribanlaşmasına müsbət dəstək verəcəkdir.

Keçirilmiş tədbirlərdə, Əfqanıstan müharibəsi əlilləri və veteranları Perov Klubu “DOLG” İctimai Təşkilatı, Moskvanın Şərqi İnzibati Dairəsi Əfqanıstan Veteranları Birliyinin Yerli İctimai Təşkilatının sədri və Moskvanın Şərqi Veshnyaki dairəsi Deputatlar Şurasının üzvü, deputat Andrey Savidov, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun Prezidenti, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rusiya Federasiyası üzrə nümayəndəsi Sərrəf Orucov Azərbaycan-Rusiya dövlətlərinin siyasətinə dəstək verərək, Azərbaycan-Rusiya xalqlarının veteran təşkilatları ilə birlikdə əməkdaşlıq edərək dostluq əlaqələrinin möhkəmləndirilməsində, müharibə əlillərinə tibbi-reabilitasiya sahəsində göstərdikləri diqqət və qayğıya görə Moskva səhiyyə departamentinin 2 saylı müharibə veteranları üçün hospitalının baş həkimi Vera Rostislavovna Şastina və əməkdaşlarını müxtəlif medallarla və Fəxri – Fərmanlarla təltif etdilər.
Təltif olunanların arasında hospitalda çalışan 7 nəfər Aazərbaycanlı soydaşımız həkim və tibb işciləri də oldu.
Hospitalın baş həkimi Vera Rostislavovna Şastina belə bir əlamətdar gündə hospitalın həkimlərinin müharibə əlillərinə və veteranlarına göstərdiyi tibbi xidmətləri dəyərləndirib mükafatlandırdıqları üçün Əfqanıstan müharibəsi əlilləri və veteranları Perov Klubu “DOLG” İctimai Təşkilatı, Moskvanın Şərqi İnzibati Dairəsi Əfqanıstan Veteranları Birliyinin Yerli İctimai Təşkilatının sədri və Moskvanın Şərqi Veshnyaki dairəsi Deputatlar Şurasının üzvü, deputat Andrey Savidova, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun Prezidenti, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rusiya Federasiyası üzrə nümayəndəsi Sərrəf Orucova və tədbirdə iştirak edən digər veteranlara öz təşəkkürünü bildirdi.
Hospitalda keçirilmiş görüşdə gələcəkdə, “COVİD 19 Koronavirus Pandemiyası ilə əlaqədar tətbiq olunmuş karantin dövrü bitdikdən və Rusiya-Azərbaycan sərhədləri tam açıldıqdan sonra Turkiyədə, Ukraynada, Belarusiyada və başqa xarici dövlətlərin hospitallarında müalicə aldıqları kimi, Moskva səhiyyə departamentinin 2 saylı müharibə veteranları üçün hospitalında da Azərbaycan müharibə əlillərinin və veteranlarının müalicə olunması haqqında razılıq əldə olundu.

 

 

 

 

 

Könül Həsənli 
 
medonline.az
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code