Vətənpərvər məktəbli Xəlilli Xədicə

0
53



Sumqayıt şəhər 13 nömrəli orta məktəbin 7b sinif şagirdi  Xəlilli Xədicə Ramil qızının vətənpərvər ruhda yazdığı şeirlər.

VƏTƏN
Vətən bizim anamız,
Vətən bizim yuvamız.
Bizə qol-qanad gərən,
Müqəddəs məkanımız.

Buruqları,yaylağı,
Yamyaşıldır oylağı.
Dənizləri,gölləri,
Bitmir gözəllikləri.

Bərəkətli torpağı,
İgid,mərd oğulları.
Ceyrangözlü qızları,
Bu vətən övladları.

Bu vətəndə yetiriş,
Müəllimlər,həkimlər.
Bu vətəndə yetişir,
Yazıçılar,şairlər

Vətənimin fəxridir,
Dahi şəxsiyyətləri.
Unudulmur heç zaman,
Vətənim yad eləyir.

Üçrəngli bayrağıyla,
Tanınır vətənimiz.
Valeh edir hamını,
Azərbaycan bayrağı.

Budur mənim Vətənim,
Azərbaycan dövlətim,
Fəxr edirəm hər zaman
Bu vətən övladıyam

 

BAYRAQ🇦🇿
Azərbaycan bayrağı,
Yüksəklərə qalxdıqca.
Tanınır dövlətimiz,
Bu an fəxr edirik biz.

Nə gözəl rəngləri var,
Qürurla söyləyirik.
Ayparanı,ulduzu,
Fərəhlə izlıyirik.

Bu bayraq sayəsində,
Dövlətimiz tanınır.
Yüksəklərə qalxdıqca,
Dəniztək dalğalanır

Üçrəngli bayrağımız,
İnanırıq hamımız
Bir gün dalğalanacaq
Qarabağa Şuşada

Medonline.az

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code