Travmatologiya xəstəxanasında qazinin döyülməsi ilə bağlı AÇIQLAMA

0
11

 

Bu gün sosial şəbəkədə qazinin döyüldüyünə dair məlumatlar yayılıb.
 
Medonline.az xəbər verir ki, görüntülərdə qazinin mühafizə xidmətinin əməkdaşları tərəfindən döyüldüyü iddia edilib.
 
 
Məsələnin nə dərəcədə həqiqəti əks etdirdiyini öyrənmək üçün Elmi tədqiqat və Travmatalogiya və Ortopediya İnstitutuna sorğu ünvanladıq.
 
İnstitutdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qazimiz öz qohumunun müalicəsi ilə bağlı xəstəxanaya müraciət edib:
 
“Digər vətəndaşların narazılığına baxmayaraq, növbəsiz şəkildə qəbul şöbəsinin müdirinin otağına daxil olub. Vəzifə səlahiyyətlərini yerinə yetirən mühafizəçi ona növbə barədə məlumat vermək istəyib. Lakin bu zaman qazi mühafizəçiyə zərbə vurub. Orada olan şəxslərin köməkliyi ilə qazini sakitləşdirmək mümkün olub. Bununla bağlı akt da tərtib edilib. Eyni zamanda Nəsimi Rayon Polis Bölməsinin əməkdaşları məsələyə baxıb. Mühafizəçinin günahsız olduğu aydınlaşıb”.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code