Dünyada çeçenlər… Və Çeçenistan

0
18

Rusiya Federasiyasının tərkibində olan 21 respublikadan biri də Çeçenistan Respublikasıdır. 1921ci ildə təşkil edilmiş Çeçen-İnquş Respublikasının ərazisi 19,3 min kv km olmuşdur. İnqouşetya ayrıca respublika olduqdan sonra Çeçenistanın təxmini ərazisi 16,5 və yaxud da 17 min kv. km. ərazi təşkil edir. 1991-ci ilə qədər heç vaxt sayları 1 milyonu keçməyən çeçenlər dünyanın ən döyüşkən, heç kəsə boyun əyməyən bir xalqıdır.

Təxminən 300-400 ildir ki, mübarizə aparmalarına baxmayaraq, Rusiyadan tam ayrıla bilmirlər. Çeçenlərin cəmi sayı bu gün dünyada 2 milyona qədərdir. Onlardan Rusiya ərazisində 1 milyon 432 min nəfər yaşayır. Onlardan Çeçenistan ərazisində 1 milyon 32 mini İnquşetiya ərazisində 96 min, Dağıstanda 88 min (Xasavyut şəhərində Çeçen-Akinlər) Rastov şəhərində 16 min, Moskva şəhərində 15 min, Stovropol diyarında 13 min, Volqaqradda 12 min, Tümen vilayətində 11 min nəfər təşkil edir. Avropa ölkələrində isə çeçenlərin sayı 130-200 min civarındadırr. 1859-cu ildə Dağlıların mübarizəsi məğlubiyyətlə nəticələndikdən sonra 100 minlərlə dağlı Osmanlı imperiyası ərazisinə köçmüşdür.

Hazırda Türkiyədə yaşayan 3 milyon dağlı xalqardan 100 minini çeçenlər təşkil edir. İordaniyada 170 min dağlılardan 15 minini çeçenlər təşkil edir. Onu da əlavə edim ki, İordaniyada yaşayan çeçenlər yüksək mövqeyə malikdir və kralın mühafizəsində yaxından iştirak edirlər.İraqda yaşayan 30 min dağlıdan 10 minini çeçenlər, Suriyada yaşayan 100 min müxtəlif dağlı xalqlardan 10 minini çeçenlər təşkil edir. Gürcüstanın Pankisi dərəsində və Axmeti rayonunda 15 minə yaxın çeçen (kistinlər) yaşayır. Misirdə və Liviyada da çeçenlər yaşayır. Çeçenlər dağlıların Rusiyaya qarşı azadlıq müharibəsində həmişə öndə getmişlər.

Rusların quzey Qafqaza ilk yürüşləri çeçenlərin kəskin müqaviməti ilə rastlaşmışdır. Azsaylı dağlı xalqları yarı Avar, yarı Qumuq türklərindən olan Şeyx Şamilin başçılığı ilə 25 il Rus imperiyasına qarşı amansız müqavimət göstərmişlər. 1920-ci ildən 1940-cı ilədək çeçenlər müxtəlif formada ruslara qarşı müqavimət göstərmişlər. Sonuncu çeçen-rus müharibəsi 1991-ci ildə Sovet imperiyası dağıldıqdan sonra baş vermişdir. Öz müstəqilliyini elan edən çeçenlər 1994-1996-cı illərdə 2 illik müharibədə məğlub olsalar da, yenilməz Çeçen ruhu rusları məcbur etdi ki, Çeçenistanı Rusiyanın tərkibində olsa da, respublika statusunda yenidən çeçenlərin özlərinə təhvil vermişlər.

Hazırda Çeçenistan Respublikası formal olaraq yarım-müstəqil dövlət olaraq şəriət qanunları ilə Ramazan Kadırov tərəfindən idarə olunur. Çeçenistanın və yaxud Ramazan Kadırovun 27 min sayı olan hərbi birləşməsi və ya ordusu var. Bu Rusiya Federasiyası ərazisində mövzud olan 21 respublikdan yalnız Çeçenistana tanınmış imtiyazdır.

Dünyanın müxtəlif siyasətçi və politoloqları Rusiya Federasiyasının nə zamansa yenidən parçalanacağını bildirməklə, ilk növbədə ərazisində ruslar yaşamayan Dağıstanın, Çeçenistanın və İnquşetiyanın ayrılıb müstəqil dövlət olacaqlarını güman edirlər.Hətta belə mülahizələr bəzi rus siyasətçilər tərəfindən də dilə gətirilir.Son olaraq qeyd edim ki, Rusiya çeçenləri ərazi baxımından 200 ilə yaxındır ki, öz tərkibinə qatsa da, yenilməz çeçen ruhu heç vaxt işğala məruz qalmayıb. Bu gün bütün dünyada çeçen adı mərdliyin, cəsarətin, hünərin, əyilməzliyin rəmzi kimi görülür.

 

 

Politoloq Mobil Vəkiloğlu

medonline.az

12.06.2021

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code