ŞƏHİD YALÇIN DADAŞZADƏ-Unutmayaq, unutdurmayaq!

0
35


Həyatı

Yalçın Dadaşzadə 1993-cü il iyunun 10-da Beyləqan rayonunun Mayaq qəsəbəsində anadan olub.

Hərbi Xidməti

Azərbaycan Ordusunun giziri olan Yalçın Dadaşzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yalçın Dadaşzadə sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yalçın Dadaşzadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Yalçın Dadaşzadə ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi

Təltifler

🎖️— “Vətən uğrunda” medalı (ölümündən sonra)

🎖️— “Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra)

Tanıyaq,tanıdaq!

Könül Həsənli

Medonline.az

11.06.2021

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code