Mehdiyevin adı hallanan tenderlə bağlı AÇIQLAMA

0
9

Satınalmalar üzrə tenderlərin keçirilməsinə dair müvafiq prosedura uyğun olaraq bütün təşkilatlar, o cümlədən də AMEA-nın institutları tender müzakirələrini müstəqil keçirir.

Medonline.az xəbər verir ki, bu haqda məlumatı AMEA-nın mətbuat xidməti yayıb.

Məlumatda bildirilir ki, Ədəbiyyat İnstitutunun təsərrüfat malları və dəftərxana ləvazimatları ilə əlaqədar keçirilmiş tenderin AMEA-nın rəhbərliyi ilə heç bir əlaqəsi yoxdur.

Qeyd edilib ki, sosial şəbəkələrdə həmin prosedurun Akademiyanın rəhbərliyi ilə əlaqələndirilməsi həqiqəti əks etdirmir və məqsədli xarakter daşıyır.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code