Payızda mutantlar gələcək, indiki kovid ştamlarını əvəz edəcək – Bəs nə etməli?

0
6
Payızda mutantlar gələcək, indiki kovid ştamlarını əvəz edəcək – Bəs nə etməli?
 
Mutantlar insanlığa sarı gəlir. Alimlər xəbərdarlıq edir. Onlar daha güclü və yoluxdurucu variantlardır. Payızda qışa doğru mutantlar indiki kovid növlərini sıradan çıxaracaq.
 
 
Bu il yoluxanların həmin növlərə qarşı immuniteti olmayacaq.
 
Medonline.az xəbər verir ki, Rusiyalı həkimlər əhalini mümkün qədər tez sürətli peyvəndləməyə çağırır. Çünki mutantlara qarşı silahsız çıxmaq olmaz.
 
“Əgər indi yoluxmanı minimuma endirməsək, indiki ştamlara qarşı kollektiv immunitet olmasa, virus sürətlə mutasiya olacaq.
 
İndi bir çoxları gözləyir, Sputnik istəmirəm, Cinnovak istəmirəm. Daha təhlükəsiz, daha effektiv vaksin söz veriblər.
Həm hüceyrə, həm humoral immunitet yaradan ideal vaksinə hələ çox var. Vaxt isə azdır. İndi immunitetə virusun kodunu yazmaq lazımdır. Əldə olanlardan istifadə etməliyik. Sonra gec olacaq”.
 
 
Hazırda vaksinlə bağlı şübhələri olan həkimlər özləri də peyvənd vurdurur və onlar payıza qədər lazım olan kollektiv immunitetin əldə olunmayacağından narahatdırlar.
 
Covidin yeni mutasiyalarının olacağı şübhəsizdir. Biz isə hələ köhnə növündən qorunmağa macal tapmadıq.
 
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code