Koronavirusa yoluxan bu insanlar xəstələnmir – Səbəb

0
9
Alimlər ilk dəfə koronavirusa yoluxan insanların niyə xəstələnmədiyini üzə çıxaran dəlillər əldə ediblər.
 
Medonline.az xəbər verir ki, britaniyalı alimlərin araşdırmasına görə, həmin asemptomatik insanlarda “HLA-DRB1*04:01” geni digərləri ilə müqayisədə 3 dəfə daha sıxdır. Məlum olub ki, asemptomatik insanlar digər viruslara qarşı da daha yaxşı mübarizə apara bilir. Elm adamlarının sözlərinə görə, asemptomatik insanları üzə çıxarmaq üçün onlardan nümunələr götürülməlidir. Belə insanların müəyyən edilib qeydiyyata alınması gələcəkdə peyvəndlənmə prosesində lazım olacaq.
 
Belə ki, asemptomatik insanların adlarının siyahının son sıralarına yerləşdirilməsi təcili peyvəndə ehtiyacı olan şəxslər üçün üstünlük yaradacaq.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code