Politoloq Mobil Vəkiloğlu:- Ermənilər heç vaxt yaşadıqları torpağa bağlı olmamışlar

0
33
 Ermənilər Hind-Avropa dil ailəsinə aid bir xalqdır. Qədim erməni dili Qravar Hind-Avropa dillərinə çox yaxın olmuş,lakin müasir erməni dilinin 50%-i Azərbaycan türkcəsindədir. Hətta bunu erməni yazıçısı Xaçatur Aborıyan öz yazılarında qeyd etmişdir. Ermənilərin vətənlərinin harada olması haqqında müxtəlif fikirlər mövcuddur. Belə ki,bəziləri onların Suriyada,digərləri isə kiçik Asiyada və ya bugünkü Türkiyə ərazisində yaşadıqlarını qeyd edirlər. Ermənilər özləri isə 3 dəniz: Xəzər, Qara və Aralıq dənizlərinin arasında yerləşən əraziləri “Böyük Ermənistan” adlandıraraq vətənləri hesab edirlər. Əslində isə, ermənilər heç vaxt yaşadıqları torpağa bağlı olmamış, vətənçilik anlayışı onlarda çox zəif olmuşdur. Bu gün ermənilərin yayılma arealı da bunu sübut edir. Məsələn, dünyada yaşayan 18 milyon yəhudilərin tən yarısı 14 min kv km olan İsraildə yaşadığı halda,10 milyonluq erməni əhalisinin 2,8 milyonu 29,8 min kv km olan Ermənistanda yaşayır. Dünyanın elə bir ölkəsi yoxdur ki,orada erməni icması yaşamasın.

130 milyonluq türklərə (50 milyon Azərbaycan,80 milyon Türkiyə) qarşı düşmənçilik edən,bəzən onların inkişafına mane olan,bəzən də onları daima ayıq-sayıq olmağa vadar edən ermənilərin dünyada sayı nə qədərdir? 1915-ci ilə qədər dünyada ermənilərin sayı cəmi 2 milyona yaxın olub. Onlardan 1,2 milyonu Osmanlı dövlətində (hərçənd ki,özləri təkcə Türkiyədə 2 milyonun “soyqırım”a məruz qaldıqlarını iddia edirlər), 400 minə yaxını isə Qafqazda yaşayırdılar.

Bu gün ermənilərin say etibarı ilə ən çox yaşadıqları ölkə Rusiya Federasiyasıdır ki,sayları təxminən 3 milyondur. Ermənilərin əsasən 1 milyonu Moskvada, 40 mini Şimali Asetiyada, 330 mini Krasnodarda, 100 mindən bir az çoxu Stavropolda yaşayır, Rastov şəhərinin 60%-ni isə əsasən ermənilər təşkil edir. İkinci yerdə isə guya özlərinə “tarixi vətən” saydıqları Ermənistanda 2,8 milyon (Sovetlər birliyi dağılanda 3,5 milyon) erməni yaşayır. 3-cü sırada Amerika və Fransa gəlir ki,hərəsində 1 milyondan bir qədər çox erməni yaşayır. Qonşu Gürcüstanda ermənilərin sayı rəsmi 170 min,qeyri-rəsmi isə 300 minə yaxın ola bilər. Növbəti dövlət uzaq latın Amerika dövləti olan Argentinada 230 min erməni yaşayır. Yarı xristiyan,yarı şiə müsəlman ölkəsi olan Livanda təxminən 250 min,qonşu İranda rəsmi 71 min, qeyri-rəsmi isə 100-150 min erməni ola bilər. Ukraynada 200 min, Polşada isə 50 min erməni yaşayır.

Yuxarıda qeyd etdiyim kimi 1915-ci ilə qədər ermənilər ən çox və kompakt halda indiki Türkiyə dövlətində (1,2 milyon) yaşamışlar. Bu gün isə Türkiyədə ermənilərin sayı rəsmi 100 min qeyd edilir ki, bu da reallığı əks etdirmir. Belə ki,vaxtilə təqib və təzyiqlərdən yaxa qurtarmaq üçün ermənilərin bir qismi islama keçərək özlərini kürd kimi qələmə vermişlər.( PKK-nın nüvəsini də sözü gedən ermənilər təşkil edir).Haqqında bəhs etdiyimiz gizli ermənilərin bir qismi son zamanlar erməni olduqlarını etiraf edirlər.

İşin maraqlı tərəflərindən biri də odur ki,bütün dünya erməniləri xristiyan bilir. Ermənilər də həmişə özlərinin ilk və həqiqi xristiyan olmaqları ilə fəxr edirlər. Lakin Türkiyədə yaşayan ermənilərin 15 minə qədəri müsəlmandırlar və özlərini həm erməni,həm də Hameşen adlandırırlar. Bundan başqa 1944-cü ilə qədər 1500 müsəlman erməni Gürcüstanda yaşamış, Məhsəti türkləri ilə birlikdə Orta Asiyaya sürgün edilmişlər. Hal-hazırda onların sayı 5-6 min olar. Beləliklə,ermənilər bizim simamızda müsəlmanlara nifrət etsələr də özlərinin təxminən 30 minə qədəri müsəlmandır və bu proses zəif də olsa davam edir.

Ən maraqlı hadisələr isə qonşu Gürcüstandan zorla qoparılan,Rusiyanın əlində oyuncaq “dövlət” olan Abxaziyada cərəyan edir. Beləki,münaqişə başlayan zaman 1989-cu ilin siyahıya alınmasına görə Abxaziyada 230 min əhalinin 93 mini abxazlardan,77 mini ermənilərdən və başqa xalqlardan ibarət olmuşdur. Hazırda Abxaziyanın 250-260 minlik əhalisinin təxminən 100 mindən bir qədər çoxunu abxazlar, elə bir o qədərini ermənilər təşkil edir və ermənilər orada mühüm postlar tutaraq Abxaziyanı 2-ci erməni dövləti hesab edirlər.

Ümumiyyətlə, dünyanın bütün dövlətlərində ermənilər az və ya çox olmasından asılı olaraq yaşayırlar. Bizim Azərbaycanda isə Qarabağ xaric 30 min erməni,əsasən qadınlar yaşayırlar. Qarabağ və ətrafında münaqişəyə qədər yerli və gəlmə ermənilər təxminən 120 min təşkil edirdilər. Bu gün isə Qarabağda təxminən 5o minə yaxın erməni yaşayır.

Sonda belə qənaətə gəlmək olar ki,dünyada cəmi 8-10 milyon erməni yaşayır. Güman etmək olar ki, ermənilər tədricən köçüb Güney Qafqazda məskunlaşacaq və hansısa dönəmdə rusların özlərinin başına bəla olacaqlar.

Politoloq Mobil Vəkiloğlu 

Medonline.az

08.06.2021

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code