​Türkiyədə siyasi partiyanın bağlanması tələb olundu

0
9

Türkiyə Ali Məhkəməsi Baş Prokurorluğu Xalqların Demokratik Partiyasının (HDP) bağlanması tələbilə yenidən Konstitusiya Məhkəməsinə müraciət edib.

Medonline.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, müvafiq iddianamə artıq məhkəməyə göndərilib.

Məlumatda bildirilir ki, 850 səhifəlik iddianamədə 500-ə yaxın partiya üzvünün siyasi fəaliyyətinə qadağa qoyulması tələb edilir. Sənəddə, həmçinin partiyanın bank hesablarının dondurulması istəyi öz əksini tapır.

Qeyd edək ki, hazırda HDP Türkiyə Böyük Millət Məclisində 54 deputatla təmsil olunur.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code