İlin sonuna qədər bu qədər əhalini peyvənd etməlisiz – ÜST-dən

0
10
ÜST ölkələri ilin sonunadək əhalisinin 30%-ni vaksinləməyə çağırıb
 
Dövlətlər ilin sonunadək əhalinin azı 30%-ni peyvənd etməlidirlər.
 
Medonline.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində “İnfeksiyalarla mübarizə: gələcəyin riskləri” mövzusunda təşkil edilmiş ekspert sessiyasında məlumat verib.
 
 
“Peyvəndləmənin olmaması bütün ölkələr üçün təhlükədir. Bütün ölkələri vaksinləmə üzrə qlobal səyləri dəstəkləməyə və sentyabr ayınadək hər ölkəni əhalisinin 10%-ni, ilin sonunadək isə 30%-ni peyvəndləməyə çağırıram. İlk növbədə, həkimlər və risk qrupu nümayəndələrinə vaksin vurulmalıdır”, – o bildirib.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code