Erməni terrorçuları növbəti vəhşiliyə “imza atdılar”

0
16
Rusiya Federasiyası, İran İslam Respublikası, Fransa..kimi dövlətlər tərəfindən müdafiə edilən işğalçı Ermənistan, Azərbaycana qarşı təcavüzkar planlarını həyata keçirməkdə israrlıdır. Son 15 gün ərzində düşmən tərəfin törətdiyi vəhşiliklərin siyahısına növbətisi əlavə edildi: Kəlbəcərin Susuzluq kəndi istiqamətində hərəkət edən maşın tank əleyhinə minaya düşüb, 3 nəfər şəxs şəhid olub. Bu şəxslər, Kəlbəcərin Susuzluq kəndi üzrə nümayəndəsinin müavini Arif Əliyev, AzTV-nin tele-operatoru Sirac Abışov və “AzərTAC” Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimovdur. Yaralananlar var.
Mən, şəhid olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Hakimiyyət orqanlarının rəhbərlərindən xahiş edirəm, itkilərin sayının minimuma endirilməsi üçün qabaqlayıcı tədbirlər görsünlər.
Şamil Sabiroğlu,
Medonline.az saytının xüsusi müxbiri.
Bakı, 05.06.2021.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code